Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yuxuda ilan görmüsünüzsə... - Yuxuyozma
Yuxuda ilan görmüsünüzsə... - Yuxuyozma

Bədənin ən böyük tələbatlarından biri də yuxudur. İnsan yuxuda olarkən, gün boyu sərf etdiyi enerjini toplayır. Gün ərzində yaşadığı hadisələr, stres, bir sözlə hər şey yuxuda şüuraltı vasitəsilə əks olunur. Alimlər, yuxunun həm də bizə bir mesaj olduğunu iddia edir. Yaşadıqlarımız, yaşayacaqlarımız yuxular vasitəsilə bizə əvvəlcədən bildirilir. Ən önəmli bir xəbər, ən önəmli bir hadisə, şadlıq, kədər - başımıza nə gəlirsə yuxularımız vasitəsilə öncədən bəyan olur. Görülən yuxuların bir çoxu unudulsa da, bəziləri günlər keçsə də unudulmur.

Hamını, gördüyü yuxunun mənası çox maraqlandırır. Yuxudan oyanan kimi gördüyümüz yuxunun mənasını axtarırıq.

Bəzən yuxuda bizi qovurlar, bəzən yıxılırıq. Bəzən sevinirik, bəzən hönkür-hönkür ağlayırıq. Bəzən üzərimizə it sürüsü gəlir, bəzən ilan sancır, bəzən də kiçik bir siçan qızıllarımızı oğurlayır. Bəs bu yuxuların mənası nədir?

Yaxın gəlin. Yuxularınızı bizə danışın, sizin üçün mümkün olan ən uyğun anlamda yozmağa çalışacağıq.

Bu gün yuxuda ilan görməyin mənasını açıqlayacağıq.

Yuxuda ilan görməyin fərqli mənaları var. Məsələn; yuxuda ilan görməyin mənalarından biri gizli bir düşmənin olmasıdır. İlan, hər an sizə zərər verməyə hazır olan bir düşmənə işarədir.

Eyni zamanda ilan, çətinliklər və sıxıntılarla qarşılaşacağınızın xəbərçisidir. Yuxuda ilan görmək, çox zaman yaxşı məna verməsə də, maddi mənada güclənəcəyinizin də xəbərçisidir.

Yuxuda qara ilan görmək

Yuxuda qara böyük bir ilan görmək, güclü bir düşməninizin olduğuna işarədir. Hər an sizi kürəyinizdən vurmağa və sizi incitməyə hazırdır.

Yuxuda ilan üzərinizdə sürünürsə

Yuxuda ilan üstünüzdə gəzirsə və sizin əlinizdən heç nə gəlmirsə, düşməniniz çox yaxınınızdadır və sizə zərbə vurmaq üçün plan hazırlayır.

Yuxuda ağ ilan görmək

Ağ ilan, dövlət işlərinin tez həll olacağına, böyük qurumlardan xeyirli xəbərlər alacağınız mənasını verir.

Eyni zamanda ağ ilan sizə yaxınlaşa bilməyən, nə etsə də qalib gələ bilməyən zəif bir düşmənə işarədir.

Yuxuda yaşıl ilan görmək

Yuxuda yaşıl və uzun bir ilan görmüsünüzsə, əlinizə böyük miqdarda pul gələ bilər. Yaşıl ilan, eyni zamanda aldanmağınıza da bir işarədir. Kimsə sizi aldatmağa çalışacaq. Ehtiyyatlı olun.

Yuxuda zəhərsiz ilan görmək

Əgər yuxuda zəhərsiz bir ilan görmüsünüzsə və ilan sizi qorxutmursa, xeyirli xəbərlər alacaqsınız. Pulla bağlı bütün işləriniz, öz həllini tapacaq. Yüksək vəzifəli birindən yardım alacaqsınız. Və yaxud əlinizə qızıl düşə bilər.

Yuxuda ilan öldürmək

Əgər gördüyünüz yuxuda ilana rahatca yaxınlaşıb, öldürə bilirsinizsə, düşmənlərinizə rahatlıqla qalib gələ biləcəksiniz. Karyera və sevgi həyatınızda xoşbəxt bir dövrə addım atacaqsınız. Yuxuda ilan öldürmək, çox zaman evliliyə işarədir.

Yuxuda ilan sancması

Yuxuda ilanın onu sancdığını görən şəxs, düşmənlərindən zərbə alacaq. Sizə zərəri dəyəcək biri, evinizə gəlib qanınızı qaraldan bir iş görəcək. Bu hadisədən sonra, uzun müddət özünüzə gəlməyə bilərsiniz. Bu hadisələr, itki və yaxud etibarın itirilməsi və s. ola bilər. Maddi və mənəvi zərərləriniz olacaq.

Xüsusilə, subay adamlar belə bir yuxu görərsə, xəyal qırıqlığına uğrama, mübarizənin boşa çıxması və s. bu kimi uğursuzluqlarla qarşılaşa bilərlər.

Yuxuda evdə ilan görmək

Evdə ilan görən şəxsin evində olan birinə və ya özünə zərər dəyə bilər. Sizdən gizlədilən hadisələri, bir anda öyrənə bilərsiniz. Yuxusunda evdə ilan görən şəxs, ailə böyüyündən və ya dostundan zərbə ala bilər.

Yuxuda ilan balası görmək

Yuxuda ilan balası görmək, pis hadisələrdən daha rahatlıqla çıxacağınıza işarədir.

Bu yuxu, digər yuxularla müqayisədə daha yaxşı məna verir. Evində ilan balası görmək, yeni işlərə başlayacağınıza işarədir. Və yaxud ilan balası, başınıza gələcək hadisələrin daha yeni başladığının xəbərçisidir.

Yuxuda çox sayda ilan görmək

Yuxuda çox sayda ilan görmək, düşmənlərinin sənə qarşı birləşəcəyinə işarədir. Bu yuxunu görən şəxslər, hər şeyə hazır olmalıdır. Düşmənlərin birləşərək vuracağı ortaq zərbə, sizi bir müddət böyük problemlər yaşamağınıza səbəb olacaq. Sizin üçün çətin bir mübarizə dövrü başlayır. Allah köməyiniz olsun!

Yuxuda ölü ilan görmək

Yuxuda ölü ilan görmək, düşmənlərinin düşmənçiliklərini bitirməsi ilə izah edilir. Yuxunu görən üçün, xeyirli yuxu hesab edilir. Bu yuxu, düşmənlərə qalib gəlməyə və itirdiklərinizi geri qaytarmağa işarədir.

Qısacası, yuxuda ilan görmək, çox zaman xeyirə yozulmur. Düşmənlərinizin nifrətindən özünüzü qorumağa çalışın.

Yuxuda ilan ilə danışmaq düşmən ilə barışmağa, ilan əti yemək sevinc və xoşbəxtliyə, ilan tutmaq düşməndən mal və mənfəət əldə etməyə işarədir.

Yuxularınızı heç kimə danışmayın. Ya özünüz yozun, ya da suya danışın. Hamının sizi sevdiyini düşünməyin.

Yuxularınız, xeyirə yozulsun!

İlahin, Bizimyol.info

Paylaş »
››› Hərbi qulluqçulara yeni qadağalar tətbiq olunacaq: "Çox böyük zərər gördük"
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› Azərbaycanda uşaqlara hansı müavinətlər nəzərdə tutulur - Xəbəriniz olsun!
››› "Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
››› Liderlərin görüşündə maraqlı söhbət
››› “Ağrı dağında Azərbaycanı təhlükədən qorumaq üçün müdafiə sistemi qurulmalıdır” – Ahmet Öven
››› Ağır dərs yükü, əlavə repetitor: “Nazirlikdə daxili qarşıdurma qaldıqca belə də olacaq”
Son xəbərlər
Bütün xəbərlər »