Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Facebook"un mağaza açacağı iddia olunur - Nə satacaq?
"Facebook"un mağaza açacağı iddia olunur - Nə satacaq?

Keçən ay baş şirkətinin adını Facebook-dan Meta-ya dəyişən şirkətin baş direktoru Mark Zukerberq mağaza açmağa hazırlaşır.

Bizimyol.info xəbər verir ki, ABŞ-ın aparıcı qəzetlərindən olan New York Times-ın əldə etdiyi daxili yazışmalardan məlum olub ki, şirkət metaverse cərəyanını yaymaq üçün virtual reallıq qulaqcıqları və cihazların satışı üçün mağaza açmaq qərarına gəlib.

Facebook-un “Reality Labs” alt filialı tərəfindən istehsal edilən reallıq eynəklərinin və digər məhsulların dəqiq harada satılacağı isə açıqlanmayıb.

Həmçinin qeyd olunub ki, mağaza dizaynının minimal və sadə olmasını istəyən şirkət rəhbərliyi bir ildir ki, bu layihə üzərində işləyir.

Qeyd edək ki, Facebook-un qurucusu Zukerberq keçən həftə 90 dəqiqəlik təqdimatla şirkətin adını dəyişərək, insanları daha əhatəli internet təcrübəsi olan metaverseyə gətirmək üçün yeni addımlar atılacağını bildirmişdi. Çıxışı zamanı söyləmişdi ki, insanların xüsusi eynək və dəbilqələrdən istifadə edərək alış-veriş edə, işləyə və sosiallaşa bildiyi paralel bir kainat dizayn edilir və insanlar holoqramları artırılmış reallıq eynəkləri vasitəsilə dostlarının yanında "fiziki olaraq" iştirakedə biləcək.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »