Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Peyvənd olunmayan üç mindən çox həkim işdən çıxarılıb
Peyvənd olunmayan üç mindən çox həkim işdən çıxarılıb

Kanadada koronavirusa qarşı peyvənd olunmayan 3,3 min həkim işdən uzaqlaşdırılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə “global news” telekanalı məlumat verir.

Qərar Kanadanın qərbindəki Britaniya Kolumbiyası əyalətində çalışan, peyvənd olunmamış tibb işçiləri barəsində verilib.

"Səhiyyə naziri Adrian Dix əyalətdə 3,325 işçinin "COVID-19"a qarşı peyvənd edilməməsi səbəbindən maaş ödənməmək şərti ilə işdən qovulduğunu açıqlayıb", -deyə məlumatda bildirib.

Qeyd olunur ki, xəstəxanalar təcili olmayan əməliyyatları təxirə salmalı olub.

Əyalətdə tibb işçilərinin yalnız 2,6%-i peyvənd olunmayıb, 122 min nəfəri tam peyvənd olunub.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »