Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fulya Öztürk: "Ermənistan uşaq qatilidir, bu film də bunun sübutudur"
Fulya Öztürk: "Ermənistan uşaq qatilidir, bu film də bunun sübutudur"

"Biz həmişə Halil Kahramanla çiyin-çiyinə işləmişik. Onunla 44 gün boyunca Azərbaycanda çox ağır hadisələrə şahidlik etdik" .

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında türkiyəli jurnalist Fulya Öztürk deyib.

O bildirib ki, belə bir filmin çəkilməsi Qarabağ müharibəsinin tarixinin işıqlandırılması baxımından olduqca əhəmiyyətlidir: "Açığı filmə mənim adımın verilməsinə əvvəl razı olmadım. Lakin Qarabağ savaşında gözümün önündə yaşananları gördükcə peşə həyatımda ilk dəfə əsəb keçirdim. Ermənistanın Bərdədə, Gəncədə törətdikləri gözümün qabağında baş verdi. Normalda soyuqqanlıyam, lakin Azərbaycanda baş verənlərə soyuqqanlı qala bilmədim. Gəncədə dağıntıların altından insan cəsədlərinin çıxarılmasını öz gözlərimlə gördüm. Dolayısı ilə bu film də Ermənistanın uşaq qatili olmasının sübutu kimi bütün dünyanın görməsini istəyirəm. Biz Bərdə, Gəncə hadisələrinin çəkilişlərindən otelə qayıtdıqda Avropa, Amerika kanallarına baxırdıq, onların heç biri bu faciədən danışmırdılar.

Biz də deyirdik ki, əgər dünya bu faciəni göstərmirsə o zaman biz göstəcəyik".

Türkiyəli jurnalist filmdə 44 günlük Vətən müharibəsində yaşadıqlarını danışdığını vurğulayıb: "Müharibə zamanı faciələri görməklə yanaşı, şükür ki, Zəfəri də yaşadıq. Ermənistan bir uşaq qatilidir, bunu bütünü dünya bilməlidir. Bu film də bunun sübutudur. Amma Zəfər günü ilə bütün dünya gördü ki, Azərbaycan öz haqlı qələbəsini qazandı. Və filmdə də yaşadığım hissləri anlatmağa çalışmışıq. Lakin bir məsələni də vurğulamaq istəyirəm ki, əsas qəhrəmanlar biz deyilik, əsas qəhrəmanlar bu Zəfəri bizə yaşadan, əsgərlər, şəhidlər, onların ailələridir. Nə mutlu ki, Qarabağ Azərbaycandır".

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »