Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zukerberq: "Facebook"u ləkələmək üçün koordinasiya edilmiş cəhdlər var
Zukerberq: "Facebook"u ləkələmək üçün koordinasiya edilmiş cəhdlər var

Amerikanın “Facebook” şirkətinin rəhbərliyi hesab edir ki, onu ləkələmək üçün koordinasiyalı cəhdlər var.

Bizimyol.info xəbər verir ki, bu barədə şirkətin rəhbəri Mark Zukerberqin sosial şəbəkədəki səhifəsində dərc olunmuş bəyanatında bildirib.

“Böyük təşkilatların tənqid olunması yaxşı haldır. Vicdanlı tənqid bizə daha yaxşı fəaliyyət göstərməyə təkan verir. Amma mənim fikrimcə, indi gördüyümüz şey şirkətimizdən sızdırılmış sənədlərdən təhrif olunmuş şəkldə seçmələr edərək məqsədli və mütəşəkkil kampaniyadır", - deyə Zukerberq qeyd edib.

Zukerberq bildirib ki, media siyasəti ilə bağlı şirkətlər bütün qərarları müstəqil şəkildə qəbul etməli deyillər, bəzi məsələlərdə dövlət tənzimlənməsi tətbiq edilməlidir.

“Biz qərarlar qəbul edərkən söz azadlığı və ya fikir məxfiliyinin qorunması ilə hüquq-mühafizə orqanlarına köməklik arasında balans yaratmalıyıq.

Bu, ilk növbədə pulla bağlı deyil, mürəkkəb sosial dəyərlər arasında tarazlığın qorunması ilə bağlıdır. Mən dəfələrlə tənzimləmə ilə bağlı razılaşmaların olmasını xahiş etmişəm, çünki şirkətin bu qədər çox qərarları təkbaşına qəbul etməli olduğunu düşünmürəm", - deyə o bildirib.

Qeyd edək ki, dünənr bir neçə böyük media orqanları Facebook-la bağlı problemlərə dair yeni araşdırmalar seriyası dərc edib. Associated Press-in məlumatına görə, “Facebook Papers”də qarşı hazırlnmış bu tədbirdə Amerikanın 17 KİV-i iştirak edib.

Şirkətin keçmiş işçisi Frances Haugenin ixtiyarında olan minlərlə səhifəlik şirkətin daxili sənədləri tədqiq edilib.

Verilən bəyanatda bildirilir ki, Facebook rəhbərliyi öz maraqları naminə söz azadlığı və bərabərlik prinsiplərinə məhəl qoymayıb. Həmçinin dil, yerliçilik və ya siyasi statusa görə müəyyən istifadəçi qrupları arasında ayrı-seçkilik edilib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »