Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Papaya Messinin imzalı köynəyi hədiyyə edilib
Papaya Messinin imzalı köynəyi hədiyyə edilib

Roma Papası Fransiskə Fransanın "PSJ" klubunun argentinalı hücumçusu Lionel Messinin imzası olan forması hədiyyə edilib.

Bizimyol.info xəbər verir ki, bu barədə "lenta.ru" məlumat verib.

“Böyük sevgi ilə” yazısı olan köynəyi Fransisə Vatikana rəsmi səfərə gələn Fransanın baş naziri Jan Kasteks çatdırıb.

"Əziz qardaşım, mənə göndərdiyin köynək üçün, fədakarlığın və sadəliyin üçün təşəkkür edirəm. Dözümlülüyünüzə görə təşəkkür edirəm. Belə qal. Allah köməyin olsun, hər zaman mənə arxalana bilərsən. Təkəbbürlü olmadığına görə şadam ”,-deyə Frensis futbolçuya təşəkkür edib.

Qeyd edək ki, Messinin dublu Çempionlar Liqası matçında PSJ-yə qələbə qazandırıb. Yeddi dəqiqədə iki qol vuran forvard PSJ-nin 3-2 hesabılı qələbəsinə nail olub.

Avqustun 10-da "PSJ" Lionel Messi ilə müqavilə imzalayıb. Müqavilə 2023-cü ilə qədər qüvvədədir. Komandada ilk ildə futbolçunun 30 milyon avro qazanacağı güman edilir. Önümüzdəki iki il ərzində, Messinin qonorarları on milyon avro artacaq.

Son xəbərlər
Bütün xəbərlər »