Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Telman İsmayılov Monteneqrodan sığınacaq alıb və həbsdən çıxıb
Telman İsmayılov Monteneqrodan sığınacaq alıb və həbsdən çıxıb

"Rusiyanın tələbi ilə Monteneqroda saxlanılan, Çerkizovski bazarının keçmiş sahibi, qətl və adam oğurluğunda günahlandırılan iş adamı Telman İsmayılov həbsdən azad edilərək bu ölkədə siyasi sığınacaq alıb və bundan sonra o Rusiya Federasiyasına verilməyəcək".

Bizimyol.info xəbər verir ki, bu barədə TASS-a onun vəkili Marina Rusakova bildirib.

Biznesmenin vəkili Miloş Vuksanoviç bildirib ki, İsmayılov Monteneqroda sığınacaq alıb və bu, onun Monteneqro həbsxanasından azad edilməsinə əsas olub. Vəkil "sığınacaq alması ilə İsmayılovun həbsxanada qalmasının əsaslarının ortadan qalxdığını", - söyləyib.

Vuksanoviçin sözlərinə görə, iş adamı cəzaçəkmə müəssisəsindən azad edilib.

Məlumata görə, İsmayılovun həbsdən azad edilməsi barədə qərarı Podqoritsa Ali Məhkəməsinin hakimi Vladimir Novoviç verib. “Təqsirləndirilən Rusiya Federasiyası və İsrail vətəndaşı Telman İsmayılov barəsində Podqoritsa Ali Məhkəməsinin hakimi tərəfindən ekstradisiya müəssisəsində saxlanma qərarı ləğv edilib. Təqsirləndirilən Telman İsmayılov dərhal sərbəst buraxılıb”.

Qeyd edək ki, T.İsmayılov oktyabrın əvvəlində Monteneqroda həbs edilib. Rusiya onun 2016-cı ildə sahibkarlar Vladimir Savkin və Yuri Brylevin öldürülməsini təşkil etməkdə ittihamına görə saxlandığı ölkədən ekstradisiyasını tələb etmişdi. Qətli törədən 2018-ci ilin yazında 13 il ciddi rejimli koloniyada cəza çəkən Mehman Kərimovdur. İsmayılovun qardaşı Rafik ötən il ciddi rejimli koloniyada 17 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, Çerkizovski bazarının keçmiş sahibi 2004-cü ildə müğənni Abraham Russonun oğurlanmasında ittiham olunur.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »