Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnsanı stressdən çıxaran musiqiləri necə müəyyən edə bilərik...
İnsanı stressdən çıxaran musiqiləri necə müəyyən edə bilərik...

Dünyanı ağuşuna almış böhranın yaratdığı stresdən musiqi dinləyərək çıxmaq olarmış.

Nevroloq Burcu Örməcinin fikrincə, hansı musiqni əsəbləri sakitləşdirdiyi ilə əlaqəli uzun illər araşdırmalar aparılıb. Müəyyən edilib ki, 5000-8000 Hz arasında yüksək dalğalı musiqilər ürəyin atışını və qan təzyiqini sakitləşdirir. Bədənin hərarətini azaldır və beyindəki alfa dalğalarını oyandırır.

Bəs belə musiqiləri biz necə müəyyən edə bilərik?

Mütəxəssisin fikrincə, bu dalğa arasında olan səslər daha çox Motsartın əsərlərində var. Buna görə də Motsartın əsərlərini dinləmək sakitləşməyə, rahatlaşmağa və stresin azalmasına kömək edir. Eyni zamanda, çox sayda araşdırmalar sübut edib ki, musiqi dinləmək fərdin yaradıcı düşünmə və xəyal gücü bacarıqlarını inkişaf etdirir. Bununla yanaşı, diqqətin toplanmasına və IQ səviyyəsinin artmasına yardım edir.

Beyin, anadangəlmə dil və musiqi qəbuluna görə proqramlaşdırılıb. Musiqi dünyəvi dildir və mədəni səddləri var. Fərqli dillərdə danışan insanlar mənaları bənzər olan fərqli səsləri sadəcə melodiyaları tanıyaraq, başa düşə bilər və ünsiyyətdə ola bilərlər. Çünki sözün mənası səsdə deyil, melodiyadadır.

Məsələn; bir-birindən küsmüş iki nəfər düşünün. Biri digərinin könlünü almağa çalışdığı zaman, digəri "get" deyir. Sadəcə 3 hərfdən ibarət olan "get" sözü həqiqətən get olaraq başa düşüldüyü kimi, "getmə, qal, bir az da mübarizə apar" kimi də başa düşülə bilər.

Bir başqa misala baxaq. "Çox ağıllıymış" ifadəsi deyiliş melodiyasına görə, həm tərif, həm də istehza mənasını verə bilər.

Sakit musiqi nəbzi, təzyiqi və nəfəsi sakitləşdirdiyi halda, sürətli musiqi də tam əksi olaraq nəbzi, nəfəs alamnı və təzyiqi yüksəldə bilər. Hər iki vəziyyət fizoloji müddətdir. Rahatlaşmış və daxili enerjimizi yüksək hiss etdiyimiz zaman sürətli musiqilər dinləyərək, nəbzi, tənəffüsü və təzyiqi yüksəltmək beyində bir mükafat aldığımız zaman yarana hissi yaradır, bu isə həzz duyğusu verir.

Eyni formada yorğun, narahat olduğumuz zaman sakit musiqi dinləyərək nəbzi, təzyiqi və tənəffüsü aşağı salmaq beyində sakitlik və rahatlıq hissi yaradacaq və zövq verəcək. Qısacası; yerinə və zamanına görə, həm sürətli, həm də sakit ritmlər insanlara xoşbəxtlik hissi verə bilər.

Musiqinin yaxşılaşdırıcı təsiri hələ qədim zamanlardan məlumdur. Miladdan əvvəl 282-133-cü illərdə Pergamon krallığının paytaxtı olan bu gü Bergama adlanan ərazidə yerləşən antik şəhərdə ruhi xəstəliklərin su səsi və musiqi ilə müalicə edildiyi məlumdur.

Fateh Sultan Mehmet dönəmində Amasyada Sultan I Bəyazid dönəmində Ədirnədə olan Darüşşifa adlanan sağlamlıq ocaqlarında Türk musiqisi ilə xəstəliklərin müalicəsi həyata keçirilirdi.

ABŞ-da musiqinin müalicədəki yeri isə II Dünya Müharibəsindən sonra qazilərin müalicəsi zamanı musiqdən istifadə edilən zaman qəbul edilmişdi.

İbn Sina deyirdi ki, müalicənin ən yaxşı yollarından, ən təsirlilərindən biri, xəstənin əqli və ruhi güclərini artırmaq, ona xəstəliklə daha yaxşı mübarizə aparmağa cəsarət vermək, xəstənin ətrafını daha sevimli və xoşagələn hala gətirmək, ona ən yaxşı musiqini dinlətmək və sevdiyi insanlarla bir araya gətirməkdir.

Müasir cəmiyyətlərdə də musiqi sağlamlıq problemləri ilə yanaşı, fərqli sahələr üçün də istifadə edilir. Musiqi ağrının azalmasına və rahatlaşmağa kömək edir. Psixoterapiya, komadan çıxma və zehni inkişaf sahələrində musiqidən istifadə edilir. Əsgərlərin hərəkətlərini və birliyini koordinasiya edərək məsuliyyəti artırmaq, işçilərin diqqətini toplamaq və oyaq qalmasını təmin etmək, idmançıların motivasiya və müqavimət güclərini artırmaq üçün musiqi böyük əhəmiyyətə malikdir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »