Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu

Qarabağdakı rusiyalı sülhməramlıların komandanı yenidən dəyişir.

Ermənistan mətbuatının məlumatına görə, Mixail Kosobokovun yerinə Gennadi Vladimiroviç Anaşkin gətirilir.

Mixail Kosobokovun Rusiya ordusunda daha yüksək vəzifəyə təyin olunacağı bildirilib. Sual olunur: Mixail Kosobokov yüksək vəzifəyə təyin olunacaqdısa onu niyə iki həftəlik Qarabağa göndəriblər? Maraqlıdır ki, Mixail Kosobokov da Gennadi Anaşkin kimi Gürcüstan ərazisindəki separatçı bölgədə xidmət etmişdi. Nə hikmətdirsə, Moskva məhz separatçı bölgələrdə xidmət edən komandirləri Qarabağdakı rusiyalı hərbçilərə komandan təyin edir.

Teleqram kanalının yaydığı məlumata görə, Rusiya sülhməramlılarının cəmi bir neçə gün əvvəl Qarabağa təyinat almış komandanı Mixail Kosobokovun geri çağırılmasına Laçın koridorunun genişləndirilməsi və razılaşdırılmamış yeni postların qurulmasına göstəriş verməsi səbəb olub. Əslində generalın bu böyük xətasına görə, Rusiya tərəfindən geri çağırılması diqqətəlayiq hadisə kimi qiymətləndirilməlidir.

İlhamə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »