Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda iki kişi 75 yaşlı qadına görə dava saldı
Bakıda iki kişi 75 yaşlı qadına görə dava saldı

Dünən Bakıda maraqlı insident baş verib.

Polisin 102 qaynar xəttinə daxil olmuş şikayətdə Xətai rayonu ərazisində 62 və 67 yaşlarında iki qonşunun dava etdiyi bildirilib. Hadisə yerinə polislər cəlb olunub.

Qonşuların nə üstə dava etdiyi araşdırılarkən maraqlı nüans üzə çıxıb. Hər iki kişi qonşuluqda yaşayan 75 yaşlı qadına aşiq olub, ona görə dava ediblər. Bir-birlərinə əl ağacı ilə xəsarət yetirən kişilərdən izahat alındıqdan sona evə buraxılıblar.

Maraqlıdır ki, hadisə yerinə çağırılan yaşlı qadın davanın ona görə başladığını etiraf edib və bundan narahat olmadığını bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »