Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyada insanların getməkdən qorxduğu yerlər - Fotolar
Dünyada insanların getməkdən qorxduğu yerlər - Fotolar

Dünyada elə yerlər var ki, onları təsvir etmək üçün soyuq sözü belə yetərli deyil. Qış fəslini sevənləri belə bezdirəcək bu bölgələrin bəzilərində həyat var, bəzilərində isə yox.

Bizimyol.info dünyanın ən soyuq şəhərlərini və orada ölçülən ən aşağı temperaturları sizlərə təqdim edir.

1. Dörd mövsüm qarla örtülü olan yerlərdən biri Qrenlandiyadır. Burada qış aylarında temperatur -70 dərəcəyə qədər enir. Yaz aylarında isə temperatur ən yüksək -7 dərəcəyə çatır. Yaşamın olduqca çətin olduğu ölkədə, temperatur sıfırdan yuxarı qalxmadığı üçün buz ərimir və ölkə il boyu buzla örtülür. Lakin bu çətin şərtlərə baxmayaraq, Qrenlandiyanın təxminən 57 min əhalisi var.

2. Finlandiyanın ən böyük bölgəsi olan Laplandiyada isə qış mövsümündə -40, yay aylarında isə 20 dərəcəyə kimi temperature qalxır. Bura şimal işıqlarının izlənilə biləcəyi bölgə olduğu üçün turistlərin böyük diqqətini çəkir.

3. Qış aylarınnı sərt keçdiyi Amerikada, qışları olduqca soyuq olan bölgələrdən biri də Montana əyalətidir. Temperaturun -57 dərəcəyə qədər düşdüyü Montanada yaşayış şərtləri olduqca çətindir. Ancaq bu ağır şərtlərə baxmayaraq Montananın əhalisi 1 milyonu keçir.

4. Rusiyanın Oymyakon bölgəsi də dünyanın ən soyuq yeri olaraq bilinir. -71 dərəcəyə enən temperatur burada həyatı dondurur. Hazırda dünyanın ən soyuq kəndi sayılan Oymyakonda yaşayanların sayı 500,5 -i ötüb.

Snaq, Kanada Snaq, Kanada

5. Əsasən soyuq iqlimi olan Kanadada yaşayış şəraiti çox çətindir. Xüsusilə Snaqda qışda ölçülən ən aşağı temperatur -63 dərəcə olaraq qeyd edilib.

6. ABŞ -ın materikinə bağlı olmayan Alyaska da, Amerikanın ən soyuq bölgəsi olaraq tanınır. Xüsusilə Alyaskanın Prospect Creek şəhərində temperatur -62 dərəcəyə qədər düşür. Əhalisi isə təxminən 55 min nəfərdir.

Alyaska, ABŞ Alyaska, ABŞ

7. Kanadanın ən soyuq yerlərindən biri olan Fort Selkirkdə temperatur qışda -60 dərəcəyə enir.

8. Dünyada insanların yaşamadığı yeganə qitə olan Antarktida, insanların ən az ziyarət etdiyi yerlərdən biridir. Antarktidanın Vostok bölgəsində ölçülən -89,2 dərəcə ilə bu bölgə dünyanın ən soyuq bölgəsi olaraq qeyd edilib.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »