Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Üzr istəyən, qatara itələyən, göz yaşı silən... - Yaponiyada qəribə peşələr
Üzr istəyən, qatara itələyən, göz yaşı silən... - Yaponiyada qəribə peşələr

Dünyada işsizliyin ən aşağı səviyyədə olduğu ölkə Yaponiyadır.

Əhalinin sıx yaşadığı bu ölkədə elə qeyri-adi peşələr var ki, eşidəndə təəccüblənirsən. Hərdən düşünürsən ki, onlar bunu işsizlər ordusunu azaltmaq üçün edirlər.

Toyda yalançı qonaq

Yaponiyada müxtəlif formalarda toylar keçirilir. Lakin bütün toy mərasimlərində qonaq sayının çox olması evlənən cütlüyün yüksək sosial statusundan xəbər verir. Buna görə də dost-tanışları az olanlar (Yaponiyada insanların ünsiyyət çətinliyi olduğuna görə elə çoxlu sayda dost-tanışları da yoxdur) feyk qonaqlardan istifadə edirlər. Saxta qonaqlar istənilən rola girə bilərlər - gəlinin rəfiqələri, bəyin iş yoldaşları, uzaq qohumları , hətta qaynana və qaynyata obrazına da daxil ola bilirlər.

Saxta qohum

Yaponiyada saxta qohum xidməti göstərən agentliklər var. Tənha adamlar bir neçə saatlıq ailə istiliyini hiss etmək istəyirlərsə, zəng edir, özlərinə bir neçə saatlıq qohumlar kirayələyə bilirlər. Hətta bir neçə saatlıq ər-arvad, ata-ana da almaq olar.

Boşanmaya kömək edənlər

Yaponiyada problemli ailədən can qurtarmaq üçün xüsusi detektivlər fəaliyyət göstərir. Tərəflərdən birinin xəyanətinin şəklini çəkməklə, konkret faktlar təqdim etməklə boşanma işinə pullu xidmət göstərənlər var. Yüksək tariflərə baxmayaraq, bu işə tələbat da var.

Göz yaşı silənlər

Bu peşə sahibləri “ikemoso” adlanırlar. Xüsusilə gənc kişilər problemi olan qadınları stresdən qurtarmaq üçün dinləyirlər. İkemosolar xüsusilə işdən sonra elə ofisdə xidmət göstərirlər. Sadəcə, ürəyi dolmuş qadının qeybətini bir neçə saat dinlə, ağlayanda göz yaşını sil və pul qazan.

Restoran üçün kavaler

Bu peşə sahibləri gənc və yaraşıqlı kişilərdir. Onlar əslində restoranlarda işləyir, restoranlara tək gələn xanımların masasında oturub, onlarla birlikdə şərab içirlər. Şərabın pulunu xanım ödəyir. Kavalerin rolu xanımla gözəl söhbətlər edib, ona bacardıca çox içki şüşəsi aldırmaqdır.

Peşəkar qucaqlayan

Proxoloqların araşdırmaları sübut edib ki, qucaqlaşmaq insana rahatladıcı təsir verir. Stresdən qurtarır. Yaponiyada iş şəraiti çox ağır olduğuna görə insanların buna ehtiyacı var. Hər kəs qucaqlayıb, başını çiyninə qoyacağı birinə ehtiyac duyur. Sevgini, şəfqəti pulla ala bilərsənmiş.

Qatara itələyən

Pik saatlarda qatarla doluşan sərnişinləri arxadan itələyib vaqonlara salan peşəsi də bu ölkədə mövcuddur. Bu işlə xüsusən tələbələr məşğul olurlar.

Üzr istəyən peşəsi

Yaponiyada nəzakət qaydaları xüsusi önəm daşıyır. Lakin üzr istəməyi sevməyənlər üçün bu işi onların əvəzinə görə biləcək adamlar var. Tutduğun xüsusi adamı səndən inciyən şəxsin yanına göndərirsən, o da baş əyib sənin yerinə üzr istəyir. Qarşı tərəf bağışlamırsa, üzr istəyəni şillələyə, söyə bilər. Telefonla üzr istəmək 100, üz-üzə üzr istəmək xidməti 200 dollar təşkil edir.

İlhamə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »