Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şoyqunun "xəncərli" təhdidinə İlham Əliyevdən cavab gəldi - Video
Şoyqunun "xəncərli" təhdidinə İlham Əliyevdən cavab gəldi - Video

Bu günlərdə Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu Ermənistanın yeni təyin olunmuş müdafiə naziri Arşak Karapetyanı qəbul edərkən ona xəncər bağışlamışdı. Bu zaman Şoyqu belə bir cümlə işlətmişdi: "Bununla deyə bilərik ki, Rusiyadan Ermənistana silah ixracı başlanıb".

Bu, bir tərəfdən Nikol Paşinyanın Rusiya ilə razılaşdırmaqla təyin etdiyi Aprel döyüşləri antiqəhrəmanı Karapetyanın simasında Ermənistana ironik, aşağılayıcı münasibəti idi; bir başqa ölkənin müdafiə nazirinə xəncər bağışlamaq dərin diplomatiyada: "Bu, bizim kiçiyimizdir" anlamı verir. Bununla Şoyqu demək istəyirdi ki, Ermənistan ordusu yenə bizim əmrimizdədir. Şoyqunun bu ironik mesajının açması belə idi: "Ermənistanın da müdafiə naziri mənəm, bizim himayəmiz və silahımız olmasa, Ermənistan ordusu yoxdur".

Eyni zamanda bu mesajın Azərbaycana yönəlik ciddi (təhdid) tonu vardı. Ermənistanın 4 sərhəd qonşusu var. Türkiyə, İran, Gürcüstan və Azərbaycan. Bunlardan ikisinə qarşı Ermənistan açıq düşmənçilik mpvqeyindədir - Azərbaycanla və Türkiyə ilə. Ermənistan Türkiyə ilə açıq münaqişəyə girməz, girə bilməz; bu, Rusiyanın əmri olmadan da mümkün deyil. Çünki böyük müharibə deməkdir. Nəticələri Rusiya kimi böyük dövlət üçün belə arzuolunmazdır. Qalır Azərbaycan. Və Azərbaycana qarşı müharibə həm də Türkiyəyə qarşı qəbul edilə bilər. Buna görə Rusiyanın Ermənistana göndərdiyi və bundan sonra göndərəcəyi silahlar da yalnız və birbaşa Azərbaycana qarşıdır. Ona görə də Prezident İlham Əliyev CNN Türk kanalına son müsahibəsində bu məsələyə kəskin, adekvat cavab verib. "Rusiyadan gözləntiləriniz nədir?" sualına cavabında deyib ki, Azərbaycanın Rusiyadan əsas gözləntiləri 10 noyabr bəyanatının müddəalarının yerinə yetirilməsi və Ermənistanın silahlandırılmamasıdır. Prezident mesaj verib ki, Rusiya Ermənistana nə qədər silah versə də, bu, güc nisbətini dəyişməyəcək.

Və belə bir ironik göndərmə də var: Rusiyanın Ermənistana verdiyi silahların bir hissəsi Bakıda dağıdılmış muzey eksponatları kimi Hərbi Qənimətlər Parkında nümayiş olunur.

Bunu deməklə yanaşı Prezident İlham Əliyev hər bir halda Rusiyanın Ermənistanı silahlandırmaqda davam etməsinin Azərbaycan üçün qəbuledilməz olduğunu da vurğulayıb və Sergey Şoyqunun "ifasında" "xəncərlə təhdid" cəhdi qarşısında da duruşunu ifadə edib; diplomatik etiketi də pozmadan ən kəskin cavabı verib. Prezidentin müsahibəsindən həmin hissəni ayrıca təqdim edirik.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »