Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polşada peyvənd mərkəzlərinə hücumlar edilir
Polşada peyvənd mərkəzlərinə hücumlar edilir

Dünən axşam saatlarında Polşanın Zamosc şəhərində naməlum şəxslər koronavirus peyvəndlərinin saxlandığı sağlamlıq mərkəzinə hücum ediblər.

Bizimyol.info xəbər verir ki, peyvəndlənmə mərkəzinin təhlükəsizlik kameralarında əks olunan görüntülərdən də göründüyü kimi velosipediylə hadisə yerinə gələn şəxs, mərkəzin zirzəmisinin şüşəsini sındıraraq oranı yandırıb. Mühafizəçilər gəlməmiş hadisə yerindən qaçan şəxs daha sonra başqa sağlamlıq mərkəzinə hücum edib.

Polisin verdiyi məlumata görə, Covid-19 peyvənd mərkəzinə edilən hücumda xəsarət alan və ya ölüm olmayıb. Lakin bəzi avadanlıqlar, soyuduculardakı “Covid-19” peyvəndləri yanğın səbəbi ilə zədələnib.

Qeyd edək ki, dünən Polşada “Covid-19” peyvəndi əleyhinə başqa hücumlar da olub. Hətta peyvənd əleyhdarları səyyar peyvənd avtobusunu mühasirəyə alıblar və "Sən qatilsən" şüarı ilə avtobusu təpikləməyə başlayıblar.

Hazırladı: Leyla

Son xəbərlər
Bütün xəbərlər »