Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AVRO-2020: İngiltərə Çexiya ilə, Xorvatiya Şotlandiya ilə üz-üzə gələcək
AVRO -2020

Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunda daha 2 oyun keçiriləcək.

"Report"un məlumatına görə, hər iki qarşılaşma D qrupunda baş tutacaq. 4 xala malik komandalardan Çexiya və İngiltərə "Uembli" stadionunda üz-üzə gələcəklər. Görüşü portuqaliyalı Artur Diaş idarə edəcək. Komandalara növbəti mərhələyə vəsiqə üçün heç-heçə də kifayət edəcək.

Qrupun digər oyununda son dünya çempionatının finalçısı Xorvatiya Şotlandiyanı sınağa çəkəcək. Hər iki kollektiv növbəti mərhələ üçün mütləq qələbə qazanmağa çalışacaq. Qlazqo şəhərindəki "Hempden Park" stadionundakı matçın baş hakimi argentinalı Fernando Rapallini olacaq.

Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

AVRO-2020

D qrupu

III tur

23:00. Çexiya - İngiltərə

Baş hakim: Artur Diaş (Portuqaliya)

London. "Uembli" stadionu

23:00. Xorvatiya - Şotlandiya

Baş hakim: Fernando Rapallini

Qlazqo. "Hempden Park" stadionu

Xal durumu: Çexiya - 4, İngiltərə - 4, Xorvatiya - 1, Şotlandiya - 1

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› Milli Məclisdə “kədərli” anlar…
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Nazir iki polis polkovnikini işdən çıxarıb
Son xəbərlər
Bütün xəbərlər »