Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Analar sözü: "Dondurma yedikdən sonra su içmək lazımdır"... Ağızdakı pH balansına təsir edir
Analar sözü: "Dondurma yedikdən sonra su içmək lazımdır"... Ağızdakı pH balansına təsir edir

Yay aylarında vazkeçilməz olan dondurma yeyərkən uşaqlığımızda böyüklərimizdən belə bir cümlə eşitmişik: “Yeməkdən sonra mütləq ilıq su için!”.

Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, bunu adətən xəstələnəndə badamcıqlarımız şişməsin deyə desələr də, dondurma yedikdən sonra ilıq su içməyin həqiqətən belə təsiri varmı?

Yəqin deyəcəksiniz ki, belə təsiri olmasa da, birdən çox təsiri olan bu üsuldan danışan analarımız nəsə bilir!

Dondurma yedikdən sonra su içmək əslində ağız və boğaz sağlamlığı üçün əhəmiyyətli bir addımdır

Dondurma yemək ağızımızda və boğazımızda fərqinə varmasaq da bəzi dəyişikliklərə səbəb olur. Buna görə də içməli su mütəxəssislər tərəfindən çox faydalı hesab olunur.

Xüsusilə dondurma yedikdən sonra çox böyük susuzluq hiss olunur. Bunun səbəbi dondurmanın tərkibində şəkər, yağ, amin turşuları və kimyəvi maddələrin qanla qarışaraq bütün bədəninizdə dolaşmağa başlamasıdır.

Bu kimyəvi maddələr qan dövranınıza qarışdıqda, suyun hüceyrələrinizdən çəkilməsinə səbəb olur. Susuzluğu hiss etməyimizin səbəbi budur. Deməli, dondurmadan sonra su içmək orqanizmin nəm balansı üçün vacibdir.

Həmçinin turşu və şəkərin təmizlənməsinə kömək edir.

Dondurmanın tərkibində olan maddələr diş minasına və ağızdakı pH balansına təsir edə bilər. Bu nöqtədə su içmək ağızda və dişlərdə yığılan şəkər və turşunun təmizlənməsinə kömək edir, dişlərinizə hər hansı bir zərərin qarşısını alır.

Dondurma yedikdən sonra isti maye qəbul etməyin zərərli olduğunu da vurğulamalıyıq. Təkcə su deyil, çay, kofe və bu kimi içkilər dondurmadan dərhal sonra istehlak edildikdə dişlərdə həssaslıq və çatlamalara səbəb ola bilər.

Və təbii ki, boğaz infeksiyası riskini minimuma endirir.

Böyüklərimizdən eşitdiklərimiz əslində doğrudur. Çünki dondurmanın tərkibindəki maddələr boğazımızda infeksiyaya səbəb olur. Odur ki, su içmək boğazda yığılmış bakteriyaların böyüməsinin qarşısını almaq üçün zəruri addım hesab olunur.

Bir sözlə, böyüklərimiz bir şey bilirdilər. Dondurma yedikdən sonra ilıq su içməyə davam edin...

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »