Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yelo Bank tələbələr üçün yay təcrübə proqramını elan edir
Yay tecrube proqrami - Yelo

Yelo Bankdan tələbələr üçün “Summer Challenge 2021” təcrübə proqramı

Yelo Bank bacarıqlı və parlaq peşakarlara üstünlük verdiyi kimi, istedadlı, amma təcrübəsi olmayan gəncləri də düşünərək onlar üçün peşəkar inkişaf imkanları yaratmağa çalışır. Bu məqsədlə, Yelo karyerasını bank sahəsində qurmaq istəyən 3-cü və 4-cü kurs tələbələri üçün yay təcrübə proqramını elan edir.

Tələbələr işgüzar mühitə düşərək yeni biliklər və bacarıqlar əldə etməklə yanaşı, təcrübə proqramını uğurla başa vurduqdan sonra iş imkanı da əldə edə biləcəklər. İş həyatına bank sahəsində başlamaq və aşağıdakı istiqamətlər üzrə təcrübə toplamaq istəyən gənclər müraciət edə bilər:

• Maliyyə

• İnsan kapitalı

• Marketinq (reklam, dizayn)

• Müştəri xidməti

• Əməliyyat/istehlak

• Biznes (mikro kreditlər)

• Keyfiyyətə nəzarət

• Kreditlərin bərpası

• İT, proqramlaşdırma

• Biznes analitika

Qeyd edək ki, ilkin seçimlər zamanı müraciət etmiş namizədlərin CV–lərində özlərini təqdim etmə, CV-nin düzgün qurulması, oxuduqları istiqamət, dil bilikləri və özünüinkişaf, keçdiyi təlimlər, öyrəndikləri kompüter proqramları və s. kimi detallara önəm veriləcək.

Müraciət etmək istəyən tələbələr 20 iyun tarixinədək məktubun başlığında “Summer Challenge 2021” və təcrübə keçmək istədiyi sahəni qeyd edərək CV-lərini [email protected] elektron ünvanına göndərə bilər. Yerlər məhduddur, bu şansdan yararlanmağa tələsin. Proqrama qoşularaq karyera imkanlarından faydalana və Yelo ailəsinin üzvü ola bilərsiniz.

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook və Instagram hesablarımıza yazın, məmnuniyyətlə cavablandıraq!

Yelo Bank - Parlaq Bankçılıq.

İlkin skrininqdən keçmiş namizədlər banka müsahibələrə dəvət ediləcək və müsahibələr müvəffəqiyyətli olduğu halda təcrübə proqramına dəvət ediləcəklər.

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Sosial yardım alan ailənin bank hesabından 500 min avro çıxdı
››› Azərbaycanlını qətlə yetirən rus polis evində qorunur
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
Son xəbərlər
Bütün xəbərlər »