Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Jurnalistlərin minaya düşdüyü yerdən videogörüntülər
Jurnalistlərin minaya düşdüyü yerdən videogörüntülər

Azərbaycan Televiziyasının və “Azərtac”ın işğaldan azad olunmuş bölgələrimizdə çəkiliş aparan qrupunun içərisində olduğu avtobus bu gün minaya düşüb.

Bizimyol.info xəbər verir ki, AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, hadisə Kəlbəcərin Susuzluq kəndinə gedərkən baş verib.

Nəticədə AzTV-nin teleoperatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın müxbiri 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov həyatlarını itiriblər.

Allah rəhmət eləsin!

Azərbaycan Televiziyasının rejissoru Emin Məmmədov, avtobusun sürücüsü və kənd sakini isə yaralanıblar.

Son xəbərlər
Bütün xəbərlər »