Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa ölkəsi Rusiyanın nüvə hədəfinə necə çevrildi...
Avropa ölkəsi Rusiyanın nüvə hədəfinə necə çevrildi...

Ömrü yarım əsri keçən ABŞ-Rusiya qarşıdurması müxtəlif müstəvilərdə özünü göstərir. Vaşinqton Kremlin müttəfiqləriylə münasibətlərdə ehtiyatlı davranır. Rusiya da ABŞ-a pərəstiş nümayiş etdirənlərə kinini gizlətmir.

Bizimyol.info xəbər verir ki, son illər Norveçin ABŞ ilə yaxınlaşması müşahidə edilir. Yerli sakinlərin etirazına baxmayaraq, Tromsödə amerikalıların atom sualtı gəmisi dayanır. Şəhərdə insanlar qəzadan sığortalanmaq üçün həblərdə yod alırlar. Ekspertlər hesab edir ki, Norveç son addımlarıyla özünü Rusiyanın nüvə hədəfinə çevirib.

Skandinaviya ölkəsinin NRK teleradioyayım şirkəti diqqəti ABŞ və Rusiya ilə münasibətlərə yönəldib. Qeyd olunub ki, amerikalıların atom sualtı gəmisi Tromsödə 2007-ci ildən sonra ilk dəfə görünüb. Tönsnes sənaye limanında yerli sakinlər gəmini etirazla qarşılayıblar. Şəhər adamları qorxur ki, Tromsö bomba hədəfinə çevrilir.

Ümumiyyətlə, ölkənin şimal rayonlarında silah cəbhəsinin genişlənməsi norveçliləri çox narahat edir. Onsuz da dünyada gərginlik artıb. Üçüncü Dünya Müharibəsi qoxusu gəlir. NRK-ya danışan ekspertlər deyib ki, müharibə başlayacağı halda Rusiya hamıdan əvvəl Tromsöyə zərbə endirəcək.

2021-ci ilin əvvəllərində ABŞ qırıcı təyyarələri Erlann aviabazasında görünmüşdü. Apreldə Norveç-ABŞ hərbi əməkdaşlığı istiqamətində razılaşma əldə olunub. Bu o deməkdir ki, amerikalılar Norveç ərazisində daha sərbəst hərəkət edə bilər.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, Norveç Rusiya ilə münasibətləri korlayır. Onun fikrincə, Skandinaviya ölkəsinin addımları bölgədə gərginliyin artmasına xidmət edir.

Tromsö bələdiyyəsinin rəhbəri Stiq Ture Yonsen ehtiyat tədbirlərinə ehtiyac olduğunu deyib. Həblər şəklində yodu bələdiyyə özü məktəblərə və uşaq bağçalarına paylayır. Norveçin Müdafiə naziri Frank Bakke-Yensen isə bu qədər həyəcana lüzum olmadığını bildirir. Nazir deyib ki, sualtı gəmilərin Tromsödə görünməsi nə atom qəzası, nə də bomba hədəfinə çevrilmək təhlükəsi yaradır.

“Norveçin hər yerində hərbi obyektlərə rast gəlmək mümkündür. Heç kimin məhz bu limanın hədəf seçiləcəyinə dair əminliklə danışmağa əsası yoxdur”.

Son xəbərlər
Bütün xəbərlər »