Yalnız müəllim, şagird və tələbələr üçün nəzərdə tutulan bu layihənin məqsədi, pandemiya şəraitində təhsilin fasiləsizliyini və davamlılığını təmin etmək üçün həyata keçirilən məsafədən tədris prosesinə hər kəsin qoşulması imkanını yaratmaqdır. Bəzi ailələrdə zəruri texnologiyaların olmaması səbəbindən, təhsilalanlar və təhsilverənlər məsafədən tədrisə qoşulmaqda çətinliklə üzləşirlər. Layihənin məqsədi ailələrə bu problemin həllində dəstək olmaqdır.
Bu layihədən faydalanmaq istəyənlər müraciətləri hardan və hansı formada etməyi aşağıdakı videodan ətraflı öyrənə bilərlər.
Müraciətlə bağlı əlavə sual yaranarsa, [email protected] elektron poçt ünvanına yazaraq cavab almaq mümkündür. Layihənin müəllifi olan Crocusoft MMC rəqəmsal həllər sahəsində olan təcrübəsinə güvənərək, elektron cihazlar bazarının və ölkə bank sektorunun aparıcılarını bir araya gətirib.