Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazim İbrahimov haqqında sensasiyalı iddialar
Nazim İbrahimov haqqında sensasiyalı iddialar

Artan kredit borcları İbrahimov qardaşlarını və xüsusilə də ailənin ağsaqqalı Nazim İbrahimovu çıxılmaz vəziyyətə salıb. Hazırda bütün banklar Nazim İbrahimovdan və qardaşlarından kredit borclarını tələb edir.

Bu haqda bizmyol.info saytına daxil olan məlumatda həmçinin deyilir ki, obyektlərinin tək-tək əlindən alındığını görən "Nazim İbrahimov isə külli miqdarda kredit yükündən qurtulmaq məqsədi ilə yeni sistem qurub. Bu şübhəli sistemə öz qardaşlarını da cəlb edən Nazim İbrahimovun məqsədi bankaların tələb etdikləri pulu qaytarmamaqdır. Bunun üçün də İbrahimov birbaşa hakimiyyətə hücum etməyi belə gözə alıb".

Məlumatda deyilir: "Sahib İbrahimov müxtəlif metodlarla ölkə Prezidentinə və birinci vitse-prezidentə, onların ailələrinə qarşı kampaniya başlayıb. Buna səbəb kimi isə bütün mülklərinin və obyektlərinin əlindən alınmasını göstərir. Külli miqdarda kreditlərinin olduğunu bildirən Sahib İbrahimov, bu kreditləri ödəyə bilmədiyini, bank faizlərinin hər gün artdığını qeyd edir. Öz fəaliyyəti ilə Sahib İbrahimov birbaşa dövləti və hakimiyyəti hədəf alır. O, məhz bu yolla narazı sahibkar obrazı yaratmağı, dövləti və prezidenti təhdid edərək İbrahimovları külli miqdardakı kredit borcundan yaxa qurtarmağı hədəfləyir".

Məlumatda iddia olunur ki, Sahib İbrahimova bu tapşırığı Nazim İbrahimov verir: "Sahib İbrahimov sadəcə üzdə görünən fiqurdur. Prosesinin arxasında isə Diasporla İş üzrə dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov durur. Dövlətə və hakimiyyətə qarşı aparılan kampaniyada Sahib İbrahimovdan istifadə edən və onu istiqamətləndirən məhz Nazim İbrahimovdur".

Məlumata görə, iqtidarın xaricdəki tənqidçilərini maliyyələşdirmək üçün də külli miqdarda pul xərclənir və bu məqsədlə adı çəkilən şəxsin Almaniyadakı bizneslərindən istifadə etdiyi də irəli sürülən iddialar arasındadır.

Məlumata görə, Nazim İbrahimovun Almaniyada maşın satış nöqtəsi və biznes şəbəkəsi var. Məhz bu bizneslərindən əldə olunan gəlirlərin böyük bir qisminin xaricdəki müxalifləri aylıq olaraq maliyyələşdirilməsinə ayrıldığı deyilir.

"Son günlərdə Nazim İbrahimovun fəaliyyəti və biznesləri, o cümlədən qardaşları üçün yaratdığı imkanlar, böyük kredit borcları ilə bağlı silsilə məlumatlar yayımlanıb. Bu borcları ödəmək istəməyən Nazim İbrahimov qardaşının və xaricdəki müxalif fəalların vasitəsilə hakimiyyətə, prezidentə və onun yaxın ətrafına qarşı hücuma keçməyə qərar verib", -deyə məlumatda deyilir.

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov bununla bağlı Bizimyol.info saytına açıqlamasında bildirib ki, artıq dövlət işində çalışmır, ancaq buna baxmayaq ona qarşı "çirkin kampaniyalar" davam etməkdədir: “3 ildir ki, evdə oturmuşam. Amma buna baxmayaraq, qarayaxma kampaniyaları bitmir. Məndən jurnalistlər nə istəyirlər - anlamıram”.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »