Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ÜST: "Dünyada COVID-19 pandemiyasının kəskin mərhələsi hələ bitməyib"
ÜST: "Dünyada COVID-19 pandemiyasının kəskin mərhələsi hələ bitməyib"

Dünyada hələ də koronavirus infeksiyasının yayılmasının kəskin mərhələsi müşahidə olunur.

APA xəbər verir ki, bunu Ümumdünya Sağlamlıq Təşkilatının (ÜST) Səhiyyə sahəsi üzrə fövqəladə vəziyyətlər proqramının texniki rəhbəri Mariya Van Kerkhove deyib.

“Biz virusun yayılmasında artım əlamətləri görürük. Hələ də pandemiyanın kəskin mərhələsindəyik”, - deyə Van Kerkhove brifinq zamanı ÜST tərəfindən COVID-19-un üçüncü dalğasının qeydə alınıb-alınmamasına dair sualı cavablandırarkən bildirib.

O, qarşıdan gələn bayram istirahətləri zamanı (aprelin əvvəllərində Avropada Pasxa qeyd olunur) xüsusi diqqətli olmağa çağırıb və Yeni il şənliklərindən sonra virusun yayılmasında kəskin artım müşahidə olduğunu bir daha xatırladıb.

Son xəbərlər
Bütün xəbərlər »