Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Saudi Aramco”nun xalis mənfəəti 44 %-dən çox azalıb
Neft hasilatı

Ötən il dünyanın ən böyük neft hasilatına və ehtiyyatlarına malik olan Səudiyyə Ərəbistanının neft şirkəti “Saudi Aramco”nun xalis mənfəəti 2019-cu illə müqayisədə 44,4 % azalaraq 88,2 milyard ABŞ dollardan 49 milyard ABŞ dollara enib.

“Report” bu barədə TASS-a istinadən xəbər verir.

Neft şirkəti, pandemiyanın təsiri ilə 2020-ci ilin tarixinin ən çətin illərindən birinə çevrildiyini qeyd edib. Buna baxmayaraq, "Saudi Aramco" 2020-ci ildə səhmdarlara 75 milyard ABŞ dolları həcmində dividend ödəyib.

Hesabat dövründə "Saudi Aramco"nun sərbəst pul axını, illik müqayisədə 1,6 dəfə azalaraq 49,1 milyard ABŞ dollara düşüb. Optimizasiyadan sonra şirkətin kapital xərcləri (CAPEX) 27 milyard ABŞ dolları təşkil edib. Eyni zamanda, 2021-ci ildə şirkət bunu 35 milyard ABŞ dollarına qədər artırmağı planlaşdırır.

Paylaş »
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi
››› Azərbaycanda qadın bacısını bıçaqladı
››› Aprelin 19-na olan hava proqnozu
››› Ermənistanın müharibədə öldürülən 71 hərbçisinin qeydiyyatsız dəfni məlum oldu
Son xəbərlər
Bütün xəbərlər »