Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ata Abdullayevlə bağlı apelyasiya şikayəti təmin edilməyib
Ata Abdullayevlə bağlı apelyasiya şikayəti təmin edilməyib

Bakı Apelyasiya Məhkəməsində özünü videobloger kimi təqdim edən Ata Abdullayevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərardan verilən şikayətə baxılıb.

Bizimyol.info xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib.

Səbail Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan Ata Abdullayev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onun hədə-qorxu ilə tələb etmədə şübhəli bilinərək saxlanıldığı barədə məlumatlar yayılıb.

Son xəbərlər
Bütün xəbərlər »