Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Jurnalistlər Xocavəndin Edilli və Düdükçü kəndlərində olublar
Jurnalistlər Xocavəndin Edilli və Düdükçü kəndlərində olublar

Media nümayəndələri işğaldan azad edilən rayonlarımıza səfər çərçivəsində Xocavəndin Edilli və Düdükçü kəndlərində olublar.

"Report"un səfəri işıqlandıran əməkdaşı xəbər verir ki, qəhrəman əsgərlərimizin yağı düşməndən azad etdiyi qədim Azərbaycan torpaqlarında bu gün üçrəngli şanlı Azərbaycan bayrağı dalğalanır.

Bu ərazilər Ermənistan tərəfindən 1992-ci ildə işğal edilmişdi. Şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində başlatdığı “Dəmir yumruq” əməliyyatı nəticəsində ötən il işğaldan azad olunub.

Qeyd edək ki, martın 17-də mətbuat nümayəndələrinin işğaldan azad edilən Füzuli və Xocavənd rayonlarına səfəri təşkil edilib. Bundan əvvəl mediaturun iştirakçıları Füzulinin işğaldan azad olunmuş ərazilərinə, dünyanın ən qədim yaşayış məskənlərindən biri sayılan Azıx mağarasına gedib.

Daha sonra Xocavəndin Hadrut qəsəbəsinə də səfər ediləcək.

Son xəbərlər
Bütün xəbərlər »