Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş məhkumlardan 3 kq-dan çox narkotik götürülüb
Narkotik

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbirləri həyata keçirilib.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, daxil olmuş məlumat əsasında RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotikləri qanunsuz olaraq əldə edib saxlamaqda və satışında şübhəli bilinən rayon sakini, əvvəllər Rusiya Federasiyasında məhkumluq həyatı yaşamış Elçin Haqverdiyev saxlanılıb. Davam etdirilən araşdırmalarla E.Haqverdiyevin şəhər ərazisindəki yaşadığı evdən, eləcə də əvvəllər yaşadığı Alaçadırlı kəndindəki evdən və onun üzərindən müxtəlif qablaşdırmalarda 2 kiloqram 300 qramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Bundan başqa Bərdə RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Laçın rayon sakini, əvvəllər məhkum edilmiş Tofiq Qurbanov saxlanılıb. Onun Alaçadırlı kəndində yaşadığı ünvana və üzərinə baxış keçirilən zaman müxtəlif qablaşdırmalarda 1 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.

Paylaş »
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Məktəb direktorunun qızı: Anamı xəstəxanada öldürüblər... - Fotolar
››› "Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
››› Rusiya Zəngəzurda hərbi baza yaradır
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› Ana oğlunu qorumaq üçün Prezidentə müraciət edib: “Deyirlər, generalı təhqir etmisən”
Son xəbərlər
Bütün xəbərlər »