Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya XİN: Türkiyə ilə bütün istiqamətlərdə əməkdaşlığı möhkəmləndirməyə hazırıq
Rusiya XİN: Türkiyə ilə bütün istiqamətlərdə əməkdaşlığı möhkəmləndirməyə hazırıq

Rusiya Türkiyə ilə bütün istiqamətlərdə konstruktiv əməkdaşlığı möhkəmləndirməyə hazırdır.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya və Türkiyə arasında “Dostluq və qardaşlıq haqqında” müqavilənin 100 illiyi ilə bağlı şərhində bildirib.

“Bu müqavilə iki dövlət arasında müasir münasibətlərin özülünü qoyan əsas sənədlərdən biridir. Türkiyə ilə bütün istiqamətlərdə, ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi, energetika, sənaye və infrastruktura sahələrində perspektivli layihələrin reallaşdırılması, humanitar-mədəni mübadilənin və insani təmasların yüksəldilməsinə konstruktiv əməkdaşlığın möhkəmləndirilməsinə hazır olduğumuzu təsdiqləyirik.

Bu əlamətdar tarixi 2020-ci ildə diplomatik münasibətlərin əsrlik yubileyi ilə birlikdə Rusiya-Türkiyə tərəfdaşlığının əhəmiyyətinin qarşılıqlı anlaşmasının tarixi sübutu kimi dəyərləndiririk. Əməkdaşlığımız dərin şüurlu xarakter daşıyır və mehriban qonşuluq, qarşılıqlı hörmət və maraqların nəzərə alınması prinsiplərinə, regionda və ümumilikdə Avropa qitəsində təhlükəsizlik və sülhün adına Rusiya və Türkiyə xalqlarının rifahı və çiçəklənməsi üçün birgə məhsuldar işə söykənir. Son 100 ildə siyasi və tarixi aktuallığını itirməyən Moskva müqaviləsinin ruhuna və prinsiplərinə sadiq qalmaq Rusiya Federasiyası ilə Türkiyə Respublikası arasında əlaqələrin gələcək mütərəqqi inkişafının zəmanətdir”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

Son xəbərlər
Bütün xəbərlər »