Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vahid Əhmədov: “Ərzaq məhsullarının istehsalına diqqət artırılmalıdır”
Vahid Əhmədov: “Ərzaq məhsullarının istehsalına diqqət artırılmalıdır”

“İxracın stimullaşdırılması üçün çox ciddi tədbirlərin görülməsinə ehtiyac var”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

İdxalda ərzaq məhsullarının üstünlük təşkil etdiyini bildirən deputatın fikrincə, Azərbaycanda ərzaq məhsullarının istehsalına diqqət artırılmalıdır: “Bunu Prezident İlham Əliyev də hökumət qarşısında vəzifə kimi qoyub. Korporativ idarəetmənin müsbət nəticələrindən biri Azərbaycanda vergi sisteminin təkmilləşdirilməsidir. Əvvəllər sahibkarlardan vergi ilə bağlı çox şikayət alırdıq. Bu gün isə demək olar ki, Azərbaycanda vergi ilə bağlı problem yoxdur. Respublikada korrupsiyaya qarşı mübarizə çərçivəsində də tədbirlər görülüb. Amma Azərbaycanın hüquq-mühafizə sistemində islahatların aparılması bizi daha çox maraqlandırır. Məhkəmə sistemində müəyyən islahatlara getmək lazımdır, məhkəmələrin müstəqilliyi təmin edilməlidir”.

V. Əhmədovun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin bərpasına dövlət büdcəsindən ayrılan vəsait çox azdır: “Oranın bərpası üçün 10 milyardlarla vəsait tələb olunacaq. Özəl təşkilatlardan, şirkətlərdən də istifadə etmək lazımdır. Məndə olan məlumata görə, İqtisadiyyat Nazirliyi bununla bağlı təkliflər hazırlayıb”.(apa)

Son xəbərlər
Bütün xəbərlər »