Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərişıq” Ağdamın 8 kəndində yenidənqurma işlərinə start verilib - Video
“Azərişıq” Ağdamın 8 kəndində yenidənqurma işlərinə start verilib - Video

“Azərişıq Qarabağda” layihəsi çərçivəsində Ağdam rayonun Əfətli kənd ərazi nümayəndəliyinə daxil olan 8 kənddə yenidənqurma işlərinə start verilib.

Bizimyol.info xəbər verir ki, bu barədə “Azərişıq” ASC Mətbuat xidməti məlumat verib.

Müharibənin gedişində bu kəndlər erməni atəşinə məruz qalan zaman elektrik eneji təsərüffatına ciddi ziyan dəymişdi. Ermənilərin atdığı çoxsaylı mərmilər bir çox yerdə xətt və dayaqları yararsız hala salmışdı.

İlkin mərhələdə 3 kənddə elektrik xətləri, dayaqlar, transformator məntəqələri və sayğaclar tamamilə yenilənir. Əraziyə kifayət qədər mal materal göndərilib.

1200-dək abonetin yaşadığı Hacıməmmədli, Məmmədbağırlı və Əfətli kəndində işlərin yekunlaşması bir aya nəzərdə tutulub. Kəndlər yeni tikilmiş 35/10 kv-luq Əfətli y/st-dan qidalanır.

Onu da qeyd edə ki, Prezident İlham Əlyevin fərmanına uyğun olaraq işğaldan azad olunan Cəbrayı, Şuşa, Laçın, Qubadlı, Zəngilan, Aşdam rayonu ərazilərində yerləşən xüsusi dövlət əhəmiyyətli binalar elektrik enerjisi ilə təmin edilib. Suqovuşan qəsəbəsinə isə Tərtərdən yeni 35 kV-luq xəttin çəkiliş işləri davam edir.

Video müsahiblər- 1. Abbasov Habil. Ağdam rayonu, Eloğlu kənd sakini

2. Nəsirov Yavər. Ağdam rayonu, Əfətli kənd sakini.

3. Əliyev Emin. Ağdam Elektrik Şəbəkənin rəisi.

Son xəbərlər
Bütün xəbərlər »