Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hikmət Hacıyev İsraildən gəlmiş həkimlərə təşəkkür edib
Hikmət Hacıyev İsraildən gəlmiş həkimlərə təşəkkür edib

Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsraildən qazilərimizin müalicəsi məqsədi ilə Azərbaycana gəlmiş həkimlərə təşəkkür edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Prezidentinin köməkçisi “Twitter”də yazıb.

“Biz yaralı əsgər və zabitlərimizə oftalmologiya sahəsində səhiyyə xidməti göstərdiyi üçün İsraildən gələn tibb heyətinə və İsrailin Azərbaycandakı səfirliyinə minnətdarıq. Bu həm də ölkələrimiz arasında dostluğun rəmzidir. Kim bir həyatı xilas edirsə, o həm də dünyanı xilas edir”, - deyə Prezidentin Köməkçisi qeyd edib.

Son xəbərlər
Bütün xəbərlər »