Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan “Naxçıvan dəhlizi”ni inkar edir
Ermənistan “Naxçıvan dəhlizi”ni inkar edir

Məlum olduğu kimi, üçtərəfli sazişə əsasən Azərbaycan və Naxçıvan arasında Ermənisatandan keçməklə nəqliyyat dəhlizinin açılması nəzərdə tutulur. Amma belə görünür ki, Ermənistan, daha doğrusu, Rusiya bu nəqliyyat yolunun dəhliz statusu ilə işləməsinə imkan vermək istəmir.

Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan da Rusiya mətbuatına açıqlamasında bildirib ki, "dəhliz" ifadəsi uyğun deyil. Müqayisə üçün o, "Laçın dəhlizini" nümunə göstərib və bildirib ki, regionda yeganə dəhliz budur. Onun sözlərindən belə çıxıb ki, Azərbaycan və Naxçıvan arasında nəqliyyat hərəkəti Ermənistan, yəqin ki, Rusiya tərəfindən sərt nəzarət altında saxlanılacaq. İndi də Rusiyanın sərhəd xidməti bu ölkəyə gedən Azərbaycan vətəndaşlarına qarşı "orta əsr" tərzində davranır.

Hamımız yaxşı bilirik ki, əgər orada "dəhliz" tipli bir yol olmayacaqsa, Azərbaycan vətəndaşları o yoldan istifadəni təhlükəli hesab edəcəklər. Arutyunyan deyib ki, orada yalnız nəqliyyat rabitəsindən söhbət gedir və Ermənistan tərəfi təhlükəsizliyi təmin edəcək. Bəli, məhz belə də deyib - Ermənistan və təhlükəsizlik sözlərini yanaşı işlədib. Təhlükəsizliyi Ermənistan tərəfindən "təmin edilən" yolda bir Azərbaycan vətəndaşı öz maşınında öz ailəsi ilə hərəkət edəcəkmi? Təbii ki, yox.

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli Bizimyol.info-ya açıqlamasında bildirib ki, dəhliz məsələsi ilə bağlı beynəlxalq hüquqda və ümumyyətlə, münasibətlərdə xüsusi bir təyinat var və bu təyinat da ölkələr arası razılıq əsasənda formalaşır.

Əziz Əlibəyli Əziz Əlibəyli

“Dəhliz xarakterinə görə, nəinki lokal və regional, həm də siyasi, iqtisadi əhəmiyyəti ilə ölçülür. Bu o deməkdir ki, tutaq ki, Ermənistanın ərazisindən keçəcək dəhlizin təhlükəsizlik mexanizmi meydana gəlir. Təhlükəsizliyin təmin olunması mexanizmləri var. Bu mexanizmlər arasında təhlükəsizliyə təminat verən tərəflər var. Məsələn, koridora təhlükəsizlik təminatını Rusiya və Türkiyə verəcəksə, bu avtomatik həmin ölkə ərazisində hansısa, üçüncü qüvvənin varlığından xəbər verir. Faktiki olaraq həmin dəmir yollarını çəkib, həyata keçirən Azərbaycandırsa, bu, Azərbaycanın da Ermənistan daxilində bir koridor çəkərək suverenliyi içərisində təhlükəsizlik xidmətini həyata keçirməsi anlamına gəlir. Bu onları narahat edir. 10 noyabr sazişində də orada koridor anlayışı göstərilib. Ermənistan tərəfi nə qədər etiraz etsə də, orada hüquqi boşluq var və biz bundan istifadə edirik”,- deyə bildirib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »