Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-dan İrana jest: sanksiya tələbi geri götürüldü
ABŞ-dan İrana jest: sanksiya tələbi geri götürüldü

ABŞ BMT-yə təqdim etdiyi İrana qarşı sanksiya rejiminin bərpa edilməsi tələbini geri götürüb.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentindən məlumat verilib.

Bildirilib ki, bununla bağlı ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin səlahiyyətlərini icra edən Riçard Mills qurumun Təhlükəsizlik Şurası üzvlərini məlumatlandırıb.

Bununla ABŞ BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin qüvvədə qaldığını təsdiqləyib.

Qeyd edək ki, 2020-ci ilin avqustunda keçmiş administrasiyanın dövlət katibi Mayk Pompeo TŞ-da İrana qarşı 2231 saylı qətnamə ilə ləğv olunan sanksiyaların bərpası təşəbbüsü ilə çıxış edib. ABŞ buna səbəb kimi İranın nüvə sazişinə əməl etməməsini göstərib.

Vaşinqtonun sanksiya təklifini geri götürməsi ABŞ-ın İranla nüvə sazişinin bərpası məsələlərinə həsr olunmuş görüşdə iştiraka razılıq verməsi ilə eyni vaxta təsadüf edib.

Bu arada məsələyə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif də münasibət bildirib. O, “Tvitter” hesabında yazıb: “ABŞ Trampın İrana qarşı tətbiq etdiyi bütün sanksiyaları qeyd-şərtsiz və tez bir vaxtda ləğv etməlidir. Vaşinqtonu nüvə anlaşmasını dəstəkləyən BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsində yazılan öhdəlikləri yerinə yetirməyə çağırırıq”.

Son xəbərlər
Bütün xəbərlər »