Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
Xocalı soyqırımı

Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımının 29-cu il dönümü ilə bağlı bəyanat yayıb.

Bu barədə Estoniya parlamentinin rəsmi saytında məlumat verilib.

“Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir. Xocalı qətliamı nəticəsində çox sayda uşaq, qadın və qoca da daxil olmaqla, 600-dən çox günahsız mülki şəxsin öldürülməsi ilə bağlı Azərbaycan xalqının kədərini bölüşürük. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş bu insanlığa qarşı cinayəti ən sərt şəkildə qınayırıq. Bu kütləvi qətli törədənlər məsuliyyətə cəlb olunmalıdır.

Eyni zamanda, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Dağlıq Qarabağ ətrafında gedən bütün hərbi fəaliyyətlərin dayandırılmasını alqışlayırıq. Azərbaycan Respublikasının davamlı sülh, inteqrasiya və azad edilmiş ərazilərin inkişafı istiqamətindəki səylərinə dəstəyimizi ifadə edirik”, - deyə bəyanatda qeyd olunub.(apa)

Paylaş »
››› Bakı Metropoliteni: Sərnişinləri qarşılamağa hazırıq
››› Sülhməramlıdan BBC-yə açıqlama: "Azərbaycan hər mübahisəli ərazi üçün axıra qədər gedəcək"
››› Almaniya və Rusiya arasında kəşfiyyat qalmaqalı
››› Azərbaycanda necə milyonçu olmaq olar: "Arxasında gözəgörünməz əl var"
››› Vladimir Jirinovski: Ermənistanı zorla Rusiyanın tərkibinə daxil etmək lazımdır...
››› Təcavüzdə ittiham olunan məşhur aktyor: “Mən neyləyə bilərəm ki?”
››› Nazir Baş direktoru işdən çıxardı
Son xəbərlər
Bütün xəbərlər »