Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ucuzluq yarada biləcək qanun 15 ildir gecikir: İnhisarçı məmurlar və deputatlar ictimai mənafeə qarşı
Ucuzluq yarada biləcək qanun 15 ildir gecikir: İnhisarçı məmurlar və deputatlar ictimai mənafeə qarşı

Son 15 ildir Milli Məclisdən keçməyən Rəqabət Məcəlləsinin layihəsini İqtisadiyyat Nazirliyi yenidən işləyir.

Milli Məclisə 2006-cı ildə təqdim olun Məcəllə bazarda qiymətlərin ucuzlaşmasını hədəfləyir, iş yerlərinin yaradılmasını, iqtisadiyyatın güclənməsini nəzərdə tutur.

Son zamanlarda bazarlarda qiymətlər süni surətdə artır, meyvə-tərəvəz, başqa kənd təsərrüfatı məhsullarının, tikinti materiallarının, xüsusi ilə də sementin qiymətinin süni artması müşahidə olunur.

İnhisarlara qarşı yönələn Rəqabət Məcəlləsinin Milli Məclisdə qəbul edilməsinə mane olanların oliqarx məmurlar və qanunvericiliklə əlaqəsi olan lobbiçi qrupların olduğu iddia edilir.

İqtisadçı-ekspert Xalid Kərimli Bizimyol.info-ya bildirib ki, biz son zamanlar bazarda süni qiymət artımı yaradan səbəblərdən danışırıq. Süni qiymət artımını tətbiq edən inhisarçılar öz mövqeyindən istifadə edərək qiyməti artıra, azalda və yaxud istehsalı məhdudlaşdıraraq bazarda özləri üçün uyğun şərait və şərtlər yaradırlar.

Xalid Kərimli Xalid Kərimli

“Rəqabət Məcəlləsinin qəbul edilməsinə qədər “Antiinhisar fəaliyyəti haqqında” qanun, “Haqsız rəqabət haqqında” qanun var: “Bu qanunlarda çoxlu ziddiyyətlər var. Bu qanunların tətbiqində ciddi problem var. Ona görə də ümumi rəqabət mühitini tənzimləyən Rəqabət Məcəlləsinin olması çox vacibdir. Qanunun təkcə qəbulu deyil, tətbiqi də əhəmiyyətlidir”,-deyə X.Kərimli bildirib.

Ekspert bildirib ki, bir çox bazarlarda qanunvericiliklə əlaqəsi olan lobbiçilik qrupları və məmurlara bağlı bizneslər var: “Rəqabət Məcəlləsinin qəbulu bazarlar üzrə analizlərə gətirib çıxarmalıdır. Bazarın 1/3-dən çox paya sahib olan subyektlərin müəyyənləşməsinə və onların fəaliyyətinə nəzarətin müəyyənləşməsinə gətirib çıxarmalıdır. Çünki bazarda əhəmiyyətli paya malik olan təsərrüfat və biznes subyektləri istədiyi formada qiymətləri təyin edə bilirlər.

Rəqabət Məcəlləsinin qəbul edilməsi ilə yanaşı qanunun cəmiyyətin mənafeyini müdafiə edəcək şəkildə tətbiq ediləcəksə, müxtəlif bazarlarda inhisarlar müəyyən olunacaq və onların fəaliyyətinə nəzarət olunacaq.

Bazar iqtisadiyyatında biz adətən qiymətlərdən danışırıq. Əgər biznes subyekti inhisarçı deyilsə, istənilən qiyməti qoya bilər.

Oliqarx məmurlara və nüfuza malik olan şəxslərə məxsus biznes subyektləri bazarın 50 faizdən çoxunu ələ keçirirlər və istədiyi qiymətləri təyin edə bilirlər. Bu isə cəmiyyətin maraqlarına ziddir. Ona görə də Rəqabət Məcəlləsi Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi və iqtisadi mühitin yaxşılaşdırılması baxımından, əhəmiyyətli qanundur”.

Hüquqşünas Əkrəm Həsənov Bizimyol.info-ya bildirib ki, bu il Rəqabət Məcəlləsinin qəbul edilməsi reallaşa bilər: “Rəqabət Məcəlləsinin qəbul edilməməsinə səbəb dövlət məmurları və müəyyən inhisarçı oliqarxlara bağlı deputatlardır. Buna səbəb həmin qanun layihəsində inhisarçılığa qarşı mübarizə, şəffaflıq kimi məsələlər var.

Yenidən hazırlanan Rəqabət Məcəlləsinə bəzi məmurlar və deputatlar etiraz edə bilməyəcək. Yaxşı olardı ki Rəqabət Məcəlləsinin layihəsi dərc olunsun və ictimai müzakirələrə verilsin. Ola bilsin ki biz ekspertlər mətbuat vasitəsilə müəyyən təkliflər və bəhanələrin cavabını verə biləcəyik”.

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin deputatlarından açıqlama almaq mümkün olmayıb.

Son xəbərlər
Bütün xəbərlər »