Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Zəngəzur Azərbaycanın nəzarətinə keçir" - Ermənistanda həyəcan
"Zəngəzur Azərbaycanın nəzarətinə keçir" - Ermənistanda həyəcan

“Zəngəzurun Gorus-David Bek yolunun 21 kilometrlik hissəsi Azərbaycanın nəzarətinə veriləcək”.

Bu barədə məlumat Ermənistan mətbuatında dərc olunub. Ümumiyyətlə, Zəngəzurun bir sıra ərazi vahidləri artıq öz tarixi coğrafiyasına - Azərbaycana qaytarılıb. Hazırda da bu proses dvam edir və Ermənistan mətbuatı haray salıb ki, Zəngəzur ümumiyyətlə, Azərbaycanın nəzarətinə veriləcək. Bu anlamda Naxçıvan dəhlizi xüsusi olaraq vurğulanır. Yerli ekspertlər hesab edirlər ki, bu dəhliz işə düşəndən sonra Ermənistanın Zəngəzura nəzarəti əhəmiyyətli dərəcədə itiriləcək.

Haqqında danışılan yol da bir müddət birgə istifadə olunacaq, 3 ildən sonra isə tamamilə Azərbaycana təhvil veriləcək.

Bizimyol.info-ya açıqlaması zamanı Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, politoloq Tural İsmayılov bildirib ki, SSRİ dövründə Azərbaycanın ərazisi olan və birbaşa Qarabağ bölgəsinə aid olan bir çox kəndlər, şəhərlər, yollar Ermənistan tərəfindən qanunsuz şəkildə Zəngəzura birləşdirilib və ərazisi Dağlıq Qarabağın işğal altında saxlanan kəndlərinin hesabına qanunsuz şəkildə genişləndirilib.

Tural İsmayılov Tural İsmayılov

“Ermənistan Dağlıq Qarabağı 30 ilə yaxındır ki, işğal altında saxlayıb. Həmin dövrdə bir çox qanunsuz fəaliyyətlər həyata keçirib. Bu qanunsuz fəaliyyətlərin sayı hesabı yoxdur - maddi sərvətlərin talanması, qanunsuz şəkildə başqa ölkələrdən insanların Dağlıq Qarabağa köçürülməsi, PKK-ya orada sığınacaq verilməsi və ən böyük qanunsuznluqlardan biri də təbii ki, Zəngilan və Qarabağın digər bölgələrinə aid olan şəhərlərin, kəndlərin qanunsuz şəkildə hazırda Ermənistan ərazisi hesab olunan Zəngəzura birləşdirilməsi ilə bağlı olub.

Təəssüflər olsun ki, uzun illər ərzində Ermənistanın apardığı bu qanunsuz parçalama siyasətinə qarşı beynəlxalq hüquq tərəfindən heç bir addım atılmayıb. SSRİ dövründə Azərbaycanın ərazisi hesab olunan və birbaşa Qarabağ bölgəsinə aid olan bir çox kəndlər, şəhərlər, yollar Ermənistan tərəfindən qanunsuz şəkildə Zəngəzura birləşdirilib və ərazisi Dağlıq Qarabağın işğal altında saxlanan kəndlərinin hesabına qanunsuz şəkildə genişləndirilib.

Bu gün Ermənistanda böyük bir etiraz dalğasının olduğunu müşahidə edirik. Xüsusən də Zəngəzur sakinləri 10 noyabr razılaşmasından sonra nəyə görə bəzi kəndlərin Azərbaycana verilməsi ilə bağlı suallar ünvanlayırlar. Ermənistan rəsmiləri özləri də etdikləri qəsbkarlığı etiraf edərək qeyd edirlər ki, məsələ sadəcə olaraq, Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən gedir. Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə qeyd olunnan 21 km-lik yol və eyni formada indiyədək Azərbaycana qaytarılmış kəndlər daxil deyil. Burada Ermənistanın qəbskarlıq siyasətinin digər tərəfi də ortaya çıxır”.

Tural İsmayılov onu da vurğulayıb ki, Ermənistan Qarabağı işğalda saxladığı müddətdə onun kəndlərini və strateji yollarını Ermənistanın başqa şəhərlərinə birləşdirməklə bağlı keçirdikləri siyasətlə növbəti dəfə özünlərini biabır edir.

“Burada həm də tarixi faktlar özünü göstəməlidir. Biz tarixi faktlarla çıxış etməliyik. Məsələ orasındadır ki, Zəngəzur özü də qədim Azərbaycan torpaqlarıdır. Hazırda Ermənistan ərazisi hesab olunsa da, Qarabağın işğal altında saxlanılan kəndlərinin və yollarının qanunsuz şəkildə Zəngilandan qopardılaraq Zəngəzura və digər bölgələrə birləşdirilməsi Ermənistanın növbəti işğalçılıq siyasətinin təzahürüdür.

Düşünürəm ki, 10 noyabrda imzalanan bəyanatın bəndlərində bu məsələlərlə bağlı xüsusi müddəalar yer alıb. Azərbaycan tarixi zəfərlə təkcə Qarabağı işğaldan azad etməyib, eyni zamanda Qarabağdan ayrılıb Zəngəzur və Ermənistanın digər ərazilərinə birləşdirilməyə çalışılan kəndlərimizin və strateji yollarımızın ərazi bütövlüyü çərçivəsində bərpa olunmasına nail olub. Beləliklə, Azərbaycanın Qarabağ zəfəri təkcə regional şəkildə yeni bir siyasi, iqtisadi mənzərəni ortaya qoymur, həm də Ermənistanın qəsbkar mahiyyətini bir daha dünyaya nümayiş etdirir”.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »