Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elvin Məmmədov: "Qarabağ" təslim olmağa gəlməyəcək"
Qarabağ FK

"Hər oyun kimi, "Qarabağ"la matç da bizim üçün çətin olacaq. Rəqib Azərbaycanın ən güclü komandasıdır. Yaxşı oyun göstərməyə çalışacağıq".

Bu fikirləri "Report"a açıqlamasında "Sumqayıt"ın futbolçusu Elvin Məmmədov Azərbaycan Premyer Liqasının XV turunda evdə "Qarabağ"la keçirəcəkləri oyun barədə danışarkən deyib.

33 yaşlı yarımmüdafiəçi bildirib ki, ötən tur derbidə "Neftçi"yə 1:2 hesablı məğlubiyyətə baxmayaraq, Ağdam klubu meydana daha iddialı çıxacaq: "Düşünürəm ki, oyuna olduqca ciddi yanaşacaq və psixoloji cəhətdən daha hazırlıqlı olacaqlar. Çünki uduzublar və bu dəfə qələbə qazanmaq istəyəcəklər. Hər şeyin fərqindəyik. Baş məşqçimiz də bununla bağlı bizə tez-tez öz tapşırıqlarını verir. "Qarabağ"a yaxşı müqavimət göstərib, yaxşı nəticə qazanmaq istəyirik".

Təcrübəli oyunçu sahkı matça ciddi yanaşdıqlarını söyləyib: "Komandamızın bir ideyası var ki, hər rəqibə qarşı mübarizə aparıb oynamaq lazımdır. Yəni, qarşımıza konkret olaraq hansısa yeri tutmaq vəzifəısi qoyulmayıb. Yaxşı oynasaq, nəticə də gələcək. "Qarabağ"da psixoloji gərginlik olduğuna inanmıram. Rəqib Sumqayıta təslim olmağa gəlməyəcək. Əksinə, bütün gücü ilə oynayacaq ki, xal və ya xallar qazansın".

Qeyd edək ki, "Kapital Bank Arena"da keçiriləcək oyun saat 18:00-da başlayacaq.

Paylaş »
››› Bayden: "İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi"
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› Akademiyadan tələbənin intiharı ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »