Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dəniz sahilini çirkləndirənlər cərimələnə bilər
Dəniz sahilini çirkləndirənlər cərimələnə bilər

Xəzər dənizinin sahil zolağı ərazilərində çirklənmə digər illərlə müqayisədə azalsa da, Zağulba qəsəbəsində sahil haqqında bu sözləri demək, hələ ki, mümkün deyil.

Bu gün dəniz sahili xarabalığı xatırladır. Uçuq-sökük çətirlər, kotteclər, taxta parçaları, sahillə yanaşı dənizi də çirkləndirir.

Dəniz sahilini çirkləndirənlər cərimələnə bilər

Dənizin çirklənməsi ətraf mühit üçün, ən başlıcası isə insan sağlamlığı üçün çox təhlükəlidir.

Pandemiya dövründə, təbiətə, dənizə bu qədər ehtiyac olduğu bir vəziyyətdə dənizin çirkləndirilməsi bağışlanmazdır.

Mütəxəssislərə görə, Xəzər dənizi əsasən antropogen amillərlə çirkəndirilir. Bura Xəzər dənizinin sahil zolağında və çimərliklərdə fəaliyyət göstərən istirahət mərkəzləri və ictimai-iaşə obyektləri tərəfindən, üzən vasitələrdən dənizin çirkləndirilməsini, vətəndaşlar tərəfindən ətraf ərazilərin zibillənməsi daxildir.

Bu da dənizin ekoloji vəziyyətinin pisləşməsinə, antisanitar vəziyyətin yaranmasına gətirib çıxarır.Bu da ekoturizmin inkişafına mənfi təsir göstərir.

Dəniz sahilini çirkləndirənlər cərimələnə bilər

Bu məsələ ilə birbaşa Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumu məşğul olur. Ancaq məsələ belədir ki, vətəndaş məişət tullantısını atan zaman həmin qurumun əməkdaşı görürüsə, vətəndaş cərimə edilir. Ərazidə daim müşahidəçilər olmadığı üçün sahil zibillənir.

Mütəxəssislərin fikrincə, sahil zolaqlarında da xüsusi əməkdaşlar olmalı və ərazilər daim nəzarət saxlanılmalıdır. Necə ki, meşəni qoruyan meşəbəyilər fəaliyyət göstərir, eləcə də dənizi və sahili qorumaq üçün xüsusi əməkdaşlar olmalıdır. Bundan başqa ətraf mühitin çirklənməsi vicdan məsəsləsidir. Buna görə, hər əraziyə bir əməkdaş təhkim etmək də mümükn deyil. Vətəndaş anlamalıdır ki, əgər o, istirahət edirsə, ondan sonra da kimsə gəlib istirahət edəcək. Və kimsə kiminsə tullantıısnı təmizləməyə borclu deyil. Bizdə isə vətəndaşlar elə hesab edir ki, bu gün gəldi, istirahət etdi, bitdi. Ərazinin təmizlənməsinə dövlət qurumları baxmalıdır. Bütün məsuliyyəti qurumların üzəirinə atmaq olmaz. Hər kəs öz tullantısını özü təmizləsə, heç belə problem yaşanmaz".

Qeyd edək ki, dənizkənarının vətəndaşlar tərəfindən çirkləndirilməsi qanunvericiliklə tənzimlənmir. Yəni kimsə yeməyinin artığını dənizin kənarında saxlayırsa, onu heç bir cəza gözləmir. Cəzasızlıq isə, vəziyyətin davam etməsinə səbəb olur.

Dəniz sahilini çirkləndirənlər cərimələnə bilər

Mütəxəssislərin fikrincə, əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları nəzarət etməli və dənizkənarı ərazilər vətəndaşlar tərəfindən çirkləndirildiyi təqdirdə, onlar haqqında inzbati protokol tərtib edilməlidi.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »