Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səfirlik Moldovada azərbaycanlıların saxlanılması ilə bağlı açıqlama verib
Səfirlik Moldovada azərbaycanlıların saxlanılması ilə bağlı açıqlama verib

"Bəzi kütləvi informasiya vasitələri Moldovada miqrasiya qaydalarını pozduqları üçün Rusiya və Azərbaycan vətəndaşlarının saxlanılmalarına dair məlumat yayılıb".

Bizimyol.info xəbər verir ki, bu barədə Azərbaycanın Moldovadakı səfirliyinin mətbuat xidməti məlumat verib.

"Qeyd etmək istərdik ki, son 10 gündə Moldova ərazisində qanunsuz yaşayan Rusiya və Azərbaycan vətəndaşları Moldova Miqrasiya Xidməti tərəfindən saxlanılıblar. Ümumi sayı 3 nəfər olan saxlanılan şəxslərin 2-si Rusiya vətəndaşı, 1-i isə Azərbaycan vətəndaşıdır.

Vətəndaşımız ilə bağlı məsələ səfirliyin nəzarətinə götürülüb. Hazırda vətəndaşımız müvəqqəti saxlama məntəqəsindədir və onun Azərbaycana göndərilməsi üçün sənədləşdirmə işləri həyata keçirilir", - deyə məlumatda bildirilir.

Səfirlik həmçinin bildirir ki, Moldovada daha əvvəl digər bir Azərbaycan vətəndaşı miqrasiya qaydalarının pozulması səbəbi ilə saxlanılıb: "Saxlanılan Azərbaycan vətəndaşı ruhi-əsəb xəstəsi olduğu üçün o, müvafiq qaydada xəstəxanaya köçürülüb. Hazırda o, xəstəxanada müalicə alır. Yaxın günlərdə sözügedən hər iki vətəndaşımız Azərbaycana yola salınacaqlar.

Azərbaycan Respublikasının Moldovadakı səfirliyi bildirir ki, Moldova Miqrasiya Xidməti ilə sıx əməkdaşlıq münasibətləri mövcuddur və hər hansı məsələlərin həlli məhz bu çərçivədə və müvafiq qanunvericilik əsasında həll olunur", - deyə səfirliyin məlumatında qeyd olunur.

Son xəbərlər
Bütün xəbərlər »