Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Liviyalı diplomat ermənilərin dağıtdığı məsciddə namaz qıldı - Video
Liviyalı diplomat ermənilərin dağıtdığı məsciddə namaz qıldı - Video

Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əşrəf Adəm Zəngilan rayonunda ermənilər tərəfindən dağıdılmış məscidində namaz qılıb.

Bizimyol.info xəbər verir ki, diplomat erməni vandallığına məruz qalmış şəhər məscidində ibadət etdikdə sonra: “Həmd olsun ki, biz bura gəldik, məscid öz sahiblərinə qayıtdı və biz burada namaz qıla bildik”, - deyib.

Ermənilər işğal olunmuş bütün ərazilərimizdəki məscidləri dağıdıb, təhqir edib, hətta donuz və mal-qara saxlayıblar.

Qeyd edək ki, Azərbaycandakı xarici diplomatlar Cəbrayıl və Zəngilana gediblər. Səfərin məqsədi həmin ərazilərdə erməni vandallığını xarici diplomatlara əyani şəkildə göstərməkdir.

Son xəbərlər
Bütün xəbərlər »