Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neymar bu il oynaya bilməyəcək
Neymar bu il oynaya bilməyəcək

Fransanın PSJ komandasının zədəli futbolçusu Neymarın durumuna aydınlıq gəlib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı hücumçu üçün 2020-ci il vaxtından tez başa çatıb.

Liqa 1-in XIV turunun "Lion"la oyununda (0:1) sol ayağı burxulan 28 yaşlı forvard bu il meydana çıxa bilməyəcək.

Bu isə o deməkdir ki, təcrübəli oyunçu çempionatda "Lill"lə səfər matçını (20 dekabr) və "Strasbur"la ev qarşılaşmasını (23 dekabr) buraxacaq.

Qeyd edək ki, PSJ 2021-ci ildə ilk oyununu yanvarın 6-da Liqa 1-də "Sent-Etyen"ə qarşı keçirəcək.

Son xəbərlər
Bütün xəbərlər »