Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda Qafan aeroportunun yanındakı kəndi yandırırlar - Video
Ermənistanda Qafan aeroportunun yanındakı kəndi yandırırlar - Video

Ermənistan yenə çalxalanır. Qafan rayonundakı bir sıra yaşayış məntəqələrinin boşaldılması ölkədə böyük rezonans doğurub. Ermənistanda necə böyük məğlubiyyət yaşandığını indi anlamağa başlayıblar.

Bizimyol.info xəbər verir ki, ermənilər Qafan aeroportunun yanındakı kəndi yandırır. Söhbət onların Spitakaşen adlandırdığı Ağkənddən gedir. Qafan aeroportunun yanında yerləşən kəndin necə tüstülənməsi Ermənistan saytlarında təqdim olunmuş videoda aşkar görünür. Sakinlər Qafanın 2 kilometrliyindəki kəndi tərk edərkən evlərə od vurmaq qərarına gəlib.

Hələ dekabrın 18-də səhər saatlarında Qafanda evlərin yandırılması barədə Ermənistan mətbuatında xəbərlər dolaşmağa başlamışdı. Sonradan “Sputnik Armenia” yalnız Ağkənddə bir evin tüstüləndiyini bildirdi.

Ağkəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri işğal etmişdi. Kənd 2020-ci il noyabrın 10-dan Rusiya sülhməramlılarının nəzarətinə keçib. Amma Ermənistan mətbuatı Ağkəndin Azərbaycana təhvil verilməsindən yazır.

Son xəbərlər
Bütün xəbərlər »