Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya KİV-lərindən növbəti təxribat: Birinci kanal Azərbaycana böhtan atdı - Video
Rusiya KİV-lərindən növbəti təxribat: Birinci kanal Azərbaycana böhtan atdı - Video

Qarabağ Müharibəsi sona çatsa da, Rusiya mediasında Azərbaycana qarşı propaqanda davam edir.

Sfera.az "Haber Global"a istinadən xəbər verir ki, bu dəfə Rusiyanın Birinci kanalında aparıcı Yekaterina Andreyevna Azərbaycana qarşı əsassız ittiham irəli sürüb.

Belə ki, aparıcı Azərbaycan tərəfinin Dağlıq Qarabağla bağlı imzalanan üçtərəfli razılaşmanın pozulmasına cəhd göstərdiyini iddia edib.

Hadrut istiqamətində atəşkəsi pozaraq 4 Azərbaycan hərbçisinə atəş açaraq onları qətlə yetirən erməni terrorçuları olmasına baxmayaraq, ittiham olunan tərəfin Bakı olması böyük təəccüb və təəssüf doğrurur.

Silahlı ermənilərin Hadrutun kəndləri və meşələrində gizlənməsini görməzdən gələn rusiyalı aparıcı nədənsə xain hücuma görə Azərbaycanı günahkar sayıb.

Son xəbərlər
Bütün xəbərlər »