Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Zəfər paradı”na hazırlıq məşqləri: Azərbaycan və Türkiyə Ordusu birlikdə - Video
“Zəfər paradı”na hazırlıq məşqləri: Azərbaycan və Türkiyə Ordusu birlikdə - Video

Noyabrın 10-da Bakıda keçiriləcək "Zəfər paradı"na hazırlıq məşqləri bu gün də davam edir.

Bizimyol.info xəbər verir ki, hərbi paradın hazırlıq prosesində Azərbaycan və Türkiyə silahlı qüvvələri iştirak edirlər.

Vətəndaşları hazırlıq məşqlərini heyranlıqla izləyirlər və bu tarixi hadisəni telefonların yaddaşına köçürürlər.

Hazırlıq məşqlərində Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında olan bir sıra silah və texnika, pilotsuz uçuş aparatlarının nümunələri və aviasiya vasitələri nümayiş olununur.

Həmçinin düşməndən qənimət olaraq götürülən hərbi texnikaların bir qismi nümayiş etdiriləcəkdir.

Döyüş əməliyyatları zamanı fərqlənən hərbi qulluqçuların da bir qismi paradda keçid edəcəyi gözlənilir.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »