Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məğrur duruşlu topçunun məşhur fotoşəkili kommersiya məqsədi üçün istifadə edilir
Məğrur duruşlu topçunun məşhur fotoşəkili kommersiya məqsədi üçün istifadə edilir

Topçu Vüsal Şahkərəmovun məşhur fotoşəkilinin spirtli içki məhsulunun şüşəqabının üzərində əks olunması və kommersiya məqsədi üçün istifadə olunması cəmiyyətdə birmənalı qarşılanmayıb.

Bizimyol.info xəbər verir ki, fəal sosial şəbəkə istifadəçilərin etirazına səbəb olub.

Məsələyə aktyor Kamran Ağabalayev də münasibət bildirib.

“Mən şəxsən bu qardaşın (Vüsal Şahkərəmovun-R.İ.) fotosunu tarix kitabında görmək istəyirdim! Sən qəhrəmansan, sən bu torpaq üçün canından keçməyə hazır olmusan, sən ən uca şəhid zirvəsinə tərəf addımlayan qardaşsan...”,-deyə K.Ağabalayev bildirib.

Məsələ müzakirələrə səbəb olduqdan sonra topçu Vüsal Şahkərəmovun atası İslam Şahkərəmovun razılıq məktubu yayıldı.

Ramid İbrahimov

Topçu arağı

Son xəbərlər
Bütün xəbərlər »