Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makron Həzrəti Məhəmmədə qarşı sözlərini geri götürdü
Makron Həzrəti Məhəmmədə qarşı sözlərini geri götürdü

Tənqidlərin qarşısında davam gətirə bilməyən Fransa prezidenti Emmanuel Makron C.Hebdonun karikaturlarını dəstəkləmədiklərini bildirib.

Həzrəti Məhəmmədə qarşı təhqiramiz karikaturları ifadə azadlığı kimi xakterizə edən Makron, bu addımından geri çəkilib. Makron bu karikaturaları dəstəkləmədiyini söyləyib.

Qeyd edək ki, Makronun İslamı hədəf alan sözləri və C.Hebdonun karikaturları İslam dünyasında böyük narazılıqla qarşılanıb. Makronun skandal açıqlamasının ardından bir çox müsəlman ölkəsində Fransa məhsullarına qarşı boykot kampaniyasına başlanıldı. Müsəlmanlar isə küçələrə çıxaraq Makrona qarşı etirazlarını bildiriblər.

Makron açıqlamasında “Müsəlmanların bu karikaturalara qarşı hisslərini başa düşürəm. Biz bunu dəstəkləmirik. Mənim bunun arxasında olduğumu dedilər, amma bu belə deyil”,- deyə o bildirib. (moderator.az)

Son xəbərlər
Bütün xəbərlər »