Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı

Qara dənizdə təbii qaz yataqlarının tapılması Türkiyədə böyük sevinclə qarşılanmışdı. Növbəti xəbərə də xüsusi sevinməyə dəyər.

Bizimyol.info xəbər verir ki, Türkiyənin Əmanətlərin Sığortalanması Fondunun rəhbəri Mühittin Güldal Ağrının Mollakara kəndində qızıl yatağı tapıldığını elan edib. Kənd muxtarı Bünyamin Çiftçi xəbərə görə çox xoşbəxt olduqlarını söyləyib. Onun sözlərinə görə, burada azı 500 nəfər işləyə biləcək. 70 evi olan Mollakara kəndində məhz bu qədər insan məskən salıb.

Saim Alpaslan Saim Alpaslan

Ağrı Ticarət və Sənaye Odasının rəhbəri Saim Alpaslan yatağın tapılmasının nəinki bölgəyə, ümumilikdə ölkə iqtisadiyyatına böyük fayda verəcəyinə inanır. Onun dediyinə görə, bölgə yeraltı sərvətlərlə zəngindir.

Alpaslan yeni yataqların tapılacağına şübhə etmədiyini bildirib.

Türkiyə Qara dənizdə 400 milyard kubmetrdən çox təbii qaz yatağı aşkar edib. Məhz kəşfiyyat işlərinə görə qardaş ölkənin Yunanıstanla münasibətləri gərginləşib.

Son xəbərlər
Bütün xəbərlər »