Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan bədbin danışdı: “Atəşkəsi təmin edə bilmirlərsə...”
Paşinyan bədbin danışdı: “Atəşkəsi təmin edə bilmirlərsə...”

Ermənistanın baş naziri Nikol Paşinyan hər gün bir az da ümidsizləşir. Onun son çıxışı belə deməyə əsas verir.

Bizimyol.info xəbər verir ki, Paşinyan açıq-aşkar Azərbaycan ordusunun həmlələrindən qorxuya düşüb. O, beynəlxalq dəstəyə çox ümid edirdi. İndi Ermənistanın baş nazirinin bundan əlini üzdüyünü də demək olar.

Paşinyan öz ölkəsinin mətbuatına ABŞ Dövlət Katibi Mayk Pompeoya zəng etdiyini deyib. O, telefon danışığı zamanı atəşkəsə çox bel bağlamadığını bildirib. Paşinyanı daha çox o maraqlandırırmış ki, qayda pozucusu necə müəyyənləşdiriləcək və hansı cəza tətbiq olunacaq.

Əslində, Paşinyanın zəngi həm də beynəlxalq dəstək almaq məqsədi daşıyır. Amma ABŞ rəsmisindən istənilən cavabı ala bilməyib. Paşinyan Ermənistan mətbuatına müsahibəsində nəhəng dövləti anladığını söyləyib. Çünki noyabrda ABŞ-da prezident seçkiləri keçirilməlidir.

Paşinyan açıq mətnlə deyib ki, ABŞ, Rusiya və Fransanın Azərbaycanın qarşısını almağa kömək olacağına ümid edirmiş: “ABŞ, Rusiya və Fransa bu münaqişə bölgəsində atəşkəsi təmin edə bilmirlərsə, bu, tamamilə fərqli bir dünyada yaşadığımız və bunun necə bir dünya olduğunu başa düşməli olduğumuz anlamına gəlir”.

Son xəbərlər
Bütün xəbərlər »