Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kriştianu Ronaldo: "Protokolu pozmamışam"
Kriştianu Ronaldo: "Protokolu pozmamışam"
"Ailəm evin başqa bir mərtəbəsində qalır, bir-birimizlə əlaqə qurmuruq. Protokola hörmət edirəm. Deyilənlər yalandır, protokolu pozmamışam".

"Report"un məlumatına görə, bu fikirləri koronavirusa yoluxan İtaliyanın "Yuventus" klubunun və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo "Football Italia" nəşrinə açıqlamasında deyib.

35 yaşlı hücumçu İtaliyaya xüsusi təyyarə ilə qayıtdığını söyləyib. Ronaldo hətta Turində də heç kimlə əlaqə qurmadığını vurğulayıb.

Qeyd edək ki, oktyabrın 13-də Kriştianu Ronaldoda koronavirus aşkarlanıb. Təcrübəli oyunçu A Seriyasının növbəti turunun "Krotone" (17 oktyabr) və UEFA Çempionlar Liqasının qrup mərhələsində Ukraynanın "Dinamo" (Kiyev) komandaları ilə görüşlərində iştirak edə bilməyəcək.

Son xəbərlər
Bütün xəbərlər »