Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan yığması Millətlər Liqasında Kiprlə heç-heçə oynayıb
Azərbaycan yığması Millətlər Liqasında Kiprlə heç-heçə oynayıb

Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, yığmamız Millətlər Liqasının IV turunda Kiprlə üz-üzə gəlib.

Canni de Byazinin yetirmələri II dövrənin ilk matçını Albaniyada keçirib. Yığmamızın ev oyunu ölkədəki komendant vəziyyəti səbəbindən Elbasanda baş tutub.

Qrupda buna qədər yeganə qələbəsini Kipr üzərində səfərdə əldə edən (1:0) komandamız oyunboyu böyük üstünlüyə malik olub. Saysız-hesabsız qol şanslarını əldən verən futbolçularımız qolsuz bərabərliklə kifayətlənib. Hətta görüşün 27-ci dəqiqəsində Qara Qarayev penaltidən də rəqib qapısına yol tapa bilməyib. Nəticədə Kipr qrupda ilk xalını əldə edib.

Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu noyabrın 14-də Monteneqroya qarşı keçirəcək.

Millətlər Liqası

C liqası, IV tur

13 oktyabr

20:00. Azərbaycan – Kipr - 0:0

Baş hakim: Fran Yoviç (Xorvatiya)

Azərbaycan: 12. Şahrudin Məhəmmədliyev, 4. Bəhlul Mustafazadə, 14. Elvin Bədəlov, 13. Abbas Hüseynov, 18. Anton Krivotsyuk, 2. Qara Qarayev, 3. Azər Salahlı, 6. Vüqar Mustafayev, 20. İsmayıl İbrahimli, 10. Rəhim Sadıxov, 11. Ramil Şeydayev

Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Aydın Bayramov, 5. Şəhriyar Əliyev, 7. Araz Abdullayev, 8. Coşqun Diniyev, 9. Əli Qurbani, 15. Namiq Ələsgərov, 16. Elvin Camalov, 17. Rəhman Hacıyev, 19. Təmkin Xəlilzadə, 21. Amin Seydiyev, 22. Mirabdulla Abbasov

Baş məşqçi: Canni de Byazi

Kipr: 1. Demetris Demetriu, 2. Andreas Karo, 19. Kostas Laifis, 3. Kristos Veeler, 7. Minas Antoniu, 8. Çambos Kiriaku, 18. Kostakis Artimatas, 20. Qriqoris Kastanos, 9. Dimitris Kristofi (k), 10. Pyeros Sotiriu, 21. Marinos Tzionis

Ehtiyat oyunçular: 12. Çaralambos Kiriakidis, 22. Neofitos Mixael, 4. Tomas Yannu, 5. Fanos Katelaris, 6. Kristos Şelis, 11. Panagiotis Zakariu, 13. Yannis Kusulos, 14. Andronikos Kakullis, 15. Aleks Qoqiç, 16. Mixalis Yannu, 17. Loyzos Loyzou, 23. Yannis Pittas

Baş məşqçi: Yohan Valem

Elbasan (Albaniya). “Elbasan Arena”

Son xəbərlər
Bütün xəbərlər »