Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Koreyada Kim Çen Inı tənqid edən divar yazısına görə hamının xəttini yoxlayırlar - Foto

Şimali Koreyanın Pxyonando əyalətində hökumət əleyhinə şüar qeyd olunan divar yazısı ölkədə böyük qalmaqala səbəb olub. İndi hökumət qraffitinin müəllifini axtarır.

Bizimyol.info xəbər verir ki, Şimali Koreyanın Pxyonando vilayətində yerli icra strukturları divar yazısında hökuməti tənqid edəni müəyyənləşdirmək üçün hamının bir-bir xəttini yoxlayır. Qraffitidə belə yazılıbmış: “Xalqı istismar etmək sayəsində yaxşı yaşayan partiya məmurları rədd olsun”!

Şimali Koreyada Kim Çen Inı tənqid edən divar yazısına görə hamının xəttini yoxlayırlar

Hökumət “məmurlar” ifadəsinə görə çox qəzəblənib. Yerli icra strukturları divar yazısının müəllifinin məhz ölkə lideri Kim Çen Inı nəzərdə tutduğunu düşünür. Üstəlik, hadisənin hakim partiyanın 75 illik ildönümü ərəfəsində baş verməsi aləmi bir-birinə vurub. Hamını kağız üzərində yazmağa məcbur edirlər. Hər kəs həm sağ, həm də sol əli ilə yazmalıdır. Hadisənin baş verdiyi rayona hətta bir neçə günlük baş çəkmiş adamlar da bu prosesə cəlb olunub. Məmurlar qraffiti müəllifini hakimiyyəti devirməkdə belə, ittiham etməyə çəkinmir.

Alternativ medianın yazdığına görə, yerli əhali qraffitini bəyənib. Çünki onlar məmurların çox yaxşı yaşadığını, sadə xalqın isə aclıq çəkdiyini düşünür.

Son xəbərlər
Bütün xəbərlər »